
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə 14 avqust saat 11:00-da start veriləcək.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, müraciətçilər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeyd etmək lazımdır ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqının bank, poçt, eManat terminallarına yaxınlaşaraq nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri və portal.edu.az vasitələrindən birini seçə bilər. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdən əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da tarixində yekunlaşacaqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər