
Martın 14-də Azərbaycan İdman Akademiyasında İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib.
Akademiyadan “Azərbaycan müəllimi”nə bildirilib ki, iclasa İşçi Qrupun həmsədri, ASA-nın Tədris üzrə prorektoru Ülkər Babayeva rəhbərlik edib.
Sözügedən iclasda Məşqçilik, Nəqliyyatda servis, Sosial iş, Turizm və otelçilik ixtisaslarının magistratura səviyyəsi üzrə müxtəlif ixtisaslaşmalarının təsdiq edilməsi əsas müzakirə obyekti olub. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər ali təhsil müəssisələrinin inzibati və pedaqoji heyəti, əmək bazarından nümayəndələr müzakirələr əsasında siyahıya bir neçə ixtisaslaşmanın əlavə olunması, bəzilərinin adının dəyişdirilməsi, bir neçə ixtisaslaşmanın ləğv olunmasına qərar veriblər.
Sonda İdman və xidmət ixtisasları üzrə magistratura təhsil səviyyəsinin ixtisaslaşmalarının siyahısı səsvermə ilə təsdiq edilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər