Bütün xəbərlər
2 iyun, 13:42

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Qarabağın bərpası və inkişafında bütün tərəflərin koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha gündəmə gətirən tədbirdə dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti olmaqla, 200-dən çox iştirakçı yer alıb.

Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirin iştirakçılarını salamlayaraq giriş nitqi ilə çıxış edib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək, Qarabağ bölgəsində təhsilin inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının strateji əhəmiyyəti barədə bir sıra mühüm fikirlər səsləndiriblər.

Fərqli sektorları təmsil edən qurumlar və şirkətlərlə Təhsilin İnkişafı Fondu arasında “Qarabağ Təqaüd Proqramı”nın təsis olunması haqqında əməkdaşlıq memorandumunun imzalanması Forumun əsas nəticələrindən biri olub. Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.

Memoranduma əsasən, Qarabağ Dirçəliş Fondu, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank” ASC, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “McDonald’s Azərbaycan” QSC Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd proqramı təsis etmək öhdəliyini üzərlərinə götürüb.

Bununla yanaşı, “PSG Capital” İnvestisiya şirkəti, ASELSAN şirkəti, “GEN ilaç” şirkəti, “LANDAU School” məktəb kompleksi, Hədəf Şirkətlər Qrupu, Çaşıoğlu şirkəti, İnci Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkəti də tələbələrə təqaüd ayıraraq bu təşəbbüsə öz töhfələrini verəcəklər.

Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.

Təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir.

Daha sonra Forum çərçivəsində peşəkar moderator və spikerlərin iştirakı ilə iki fərqli mövzu üzrə panel müzakirəsi təşkil olunub. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə keçirilən “Böyük Qayıdış: Çağırışlar və imkanlar” adlı I paneldə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov spiker qismində çıxış edərək, bölgənin yenidən qurulması və insan resurslarının inkişafı məsələlərinə toxunublar.

II panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderator qismində çıxış etdiyi paneldə “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədrinin müavini Taleh Tahirli, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev bölgədə dövlət-özəl tərəfdaşlığının perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Forum Qarabağ Universitetinin müəllim-tələbə heyətinin ifasında milli musiqilərimizin səsləndirildiyi bədii hissə ilə başa çatıb.

10:16

Bu gün Qarabağ Universitetində Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu öz işinə başlayıb. Forum Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və bir sıra tərəfdaş qurumların birgə təşkilatçılığı ilə həyata keçirilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xüsusi nümayəndələr və müxtəlif sektorların nümayəndələri iştirak edir. Forum çərçivəsində Qarabağ Universiteti tələbələri üçün geniş təqaüd proqramı ilə bağlı sənədlərin imzalanması da gözlənilir.

Qeyd edək ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunun keçirilməsində məqsəd azad olunmuş ərazilərdə təhsilin inkişafı və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

1 /16

Şərhlər

Xəbər lenti

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

1 iyul, 13:00

Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur

1 iyul, 12:56

ABŞ-də Akademiya və İnnovasiya Forumu keçirilib

1 iyul, 12:48

ADPU bu ixtisaslar üzrə magistraturaya qəbul elan edir

1 iyul, 12:18

Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı

1 iyul, 12:18

Həssas uşaqların yay tətili

1 iyul, 12:12

Sabahın hava proqnozu açıqlanıb

1 iyul, 11:22

Təcrübəli müəllim: Dil yalnız ünsiyyət vasitəsi deyil, düşüncənin özüdür

1 iyul, 11:00

"İxtisasını dərindən bilən müəllim bu imtahandan keçə bilər” – Sertifikatlaşdırmadan uğurla keçənlər 

1 iyul, 10:57

Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.