Bütün xəbərlər
2 iyun, 13:43

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın milli bayramı münasibətilə həmkarı Sercio Mattarellaya təbrik məktubu göndərib.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı 2 İyun – Respublika Günü münasibətilə Prezident Sercio Mattarellanı və onun simasında dost İtaliya xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.

Məktubda, həmçinin deyilir: “Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır.

Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.

Enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir.

Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir.

Mən ölkələrimiz arasında artan siyasi dialoqu yüksək qiymətləndirirəm. Bu gün biz qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-İtaliya əlaqələrini daha da dərinləşdirmək əzmindəyik.

Əminəm ki, ölkələrimiz arasında dostluğun və çoxölçülü strateji tərəfdaşlığın möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Şərhlər

Xəbər lenti

4 iyul, 17:27

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

4 iyul, 17:12

Elxan Nəcəfov: Buraxılış imtahanı göstəricilərimiz minimum 20% artıb

4 iyul, 17:03

Naxçıvanda fərqlənmə attestatı alan 11-ci sinif məzunlarının sayı 8 faiz artıb

4 iyul, 16:52

XIX Bakı Yay Enerji Məktəbinin buraxılış mərasimi keçirilib

4 iyul, 16:44

Naxçıvanda 7 məktəbdə icma əsaslı məktəbəqədər təhsil müəssisəsi yaradılacaq

4 iyul, 16:20

“HTP ilə bir çox bağlı qapıların açılmasına şərait yaradıldı” – Proqramla Tacikistanda təhsil alan ilk tələbə

4 iyul, 16:16

Məcnun Məmmədov: İstedadlı şəxsləri dəstəkləməklə daha güclü cəmiyyət quracağıq 

4 iyul, 16:11

“Yüksəliş” gənc rəhbər kadrların seçilməsi üçün unikal platformadır – Anar Əliyev

4 iyul, 16:09

NDU-nun ilk məktəbəqədər təhsil müəssisəsi yaradılacaq 

4 iyul, 16:00

“Yüksəliş” bacarıqlı kadrların inkişafına geniş imkanlar yaradır – Ombudsman

4 iyul, 15:56

Prezidentin köməkçisi: Gənclər dəyişən dünyaya uyğunlaşmağa hazır olmalıdırlar

4 iyul, 15:31

Fərhad Hacıyev: Dövlətin elmi-intellektual müsabiqələrə diqqət göstərməsi təqdirəlayiqdir

4 iyul, 15:18

UNEC-in məzunu ABŞ universitetinin təqaüdünü qazanıb

4 iyul, 15:02

BMU Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramının icrasına başlayır

4 iyul, 13:03

MİQ üzrə apellyasiya müraciətlərinə start verilib

4 iyul, 13:02

Sabahın hava proqnozu açıqlanıb

4 iyul, 12:52

Abşeron məktəbinin müəllimi: Nəticəm müəllimlik yolumda motivasiyaedici dönüş nöqtəsi oldu

4 iyul, 11:53

Kənd məktəbinin 11 məzunu fərqlənmə attestatı aldı – Uğurun ünvanı

4 iyul, 11:52

Berkli Universitetində azərbaycanlı və amerikalı alimlərin görüşü olub

4 iyul, 11:45

Paytaxtda IX sinfi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.