
Bakı Slavyan Universitetinin (BSU) Təhsil fakültəsi pedaqogika və psixologiya sahələrində müasir əmək bazarının və cəmiyyətin tələblərinə cavab verən, yaradıcı düşüncəyə, yüksək ünsiyyət bacarıqlarına, müasir səriştələrə malik rəqabətədavamlı mütəxəssislər hazırlayır.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, fakültə təhsil alanlar üçün aşağıda qeyd olunan imkanları təqdim edir:
– Peşəkar və təcrübəli professor-müəllim heyəti;
– İnklüziv təhsil mühiti;
– İnnovativ tədris resursları;
– Müasir infrastruktur;
– Beynəlxalq proqramlarda iştirak;
– İxtisasyönümlü təcrübə proqramları və təlimlər;
– Yay məktəbində iştirak;
– Aktiv tələbə həyatı.
Təhsil fakültəsində təhsil almaq yalnız ali təhsil diplomu qazanmaq deyil, həm də cəmiyyətin inkişafında mühüm rol oynayan, bilikli, savadlı, məsuliyyətli və yaradıcı mütəxəssis kimi formalaşmaq deməkdir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər