Bütün xəbərlər
18 iyun, 20:29

Ölkəmizin ümumi təhsil sistemində həyata keçirilən islahatlar çərçivəsində müəllimlərin bilik və peşə hazırlığının qiymətləndirilməsi məqsədilə təşkil olunan sertifikasiya imtahanları Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində də keçirilir. 

İndiyə qədər şagirdlərin buraxılış və qəbul imtahanlarının keçirildiyi Lənkəran şəhəri 7 nömrəli, Astara şəhəri C.Babayev adına 3 nömrəli, Masallı şəhəri 1 nömrəli tam orta məktəblərin divarları iyun ayının ikinci yarısından etibarən müəllimlərin bilik və bacarıqlarını sınaqdan keçirdikləri məkan kimi tarixə düşür.

Müəllim peşəsinin nüfuzunun, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan bu addımı bölgə pedaqoqları da yüksək qiymətləndirir.

“Azərbaycan müəllimi” olaraq imtahanın gedişi, yaradılan şərait və müəllimlərin fikirləri ilə yerində tanış olmaq məqsədilə imtahanın ilk günü Lənkəran şəhərindəki Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə olduq.

Müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, onların pedaqoji fəaliyyətində müasir tələblərə cavab vermə səviyyəsinin müəyyənləşdirmək məqsədilə keçirilən imtahanlarda iştirak edən müəllimlər həm həyəcanlı, həm də ümidli idilər. Onların fikirlərini dinlədik, imtahan öncəsi gözləntilərini və imtahandan sonrakı təəssüratlarını öyrəndik.

Məktəbin həyətində imtahana tələsən müəllimlərlə həmsöhbət olduq. Əminə Şahpələngova Lerik rayonu Çayrud kənd Elşən Səfərov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 4 illik təcrübəsi ilə imtahana qatılanlardandır.

“Bu imtahan həm də bizim üçün biliklərimizi təkmilləşdirmək, unutduğumuz hansısa mövzular varsa, onları təkrarlamaq üçün bir fürsət oldu. Uğurlu olacağıma inanıram”, - deyir.

Arzu Hacıyeva isə 23 ildən sonra yenidən pedaqoji fəaliyyətə qayıdıb. Hazırda Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbində rus dili fənnini tədris edir: “Keçən il MİQ imtahanı verib 73 bal toplamışam, bu kənddə işə başlamışam. Uzun fasilədən sonra 1 ildir işləyirəm, sadəcə ümumi 12 il stajım olduğu üçün sertifikasiya imtahanına gəlmişəm. Düşünürəm ki, uğurlu nəticə əldə edəcəyəm”.

Astara rayonu M.F.Axundov adına Pensər kənd 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Elnaz Əliyeva da imtahana nikbin ruhda gələnlərdəndir. 

“Bir az həyəcan var. Bu da təbiidir, olmalıdır məncə. Məqsədim 50-dən çox bal toplamaqdır. İnanıram ki, məqsədimə çatacağam”.

Astara rayon Burzubənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbuhi Ramazanov isə bildirir ki, daim öz üzərində işləyən müəllim üçün çətin imtahan yoxdur.

Daha sonra məktəbin içinə daxil olduq. Məüllimlərin imtahan öncəsi qeydiyyatı aparılırdı. İmtahanda iştirak edəcək namizədlər yerlərini alandan sonra imtahanın başlamağına bir neçə dəqiqə qalmış Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri Bəhruz Mehdiyev iştirakçılara imtahan prosesinin texniki tərəfləri haqqında məlumat verərək onlara uğurlar arzuladı. Digər şəxslər otağı tərk edəndən sonra imtahanın başladığı elan olundu, zala sakitlik çökdü.

Bir müddət sonra imtahanı başa vuran müəllimlər bir-bir, iki-iki binasından çıxmağa başladılar. Aralarında müəyyən qədər məyus olanlar da vardı, sevinənlər də...

Lerik şəhərİ V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın riyaziyyat müəllimi Rəşad Abuzərli yüksək nəticə göstərənlərdəndir. O, imtahanda 57 bal toplayıb. Bildirdi ki, imtahan yaxşı təşkil olunmuşdu və proqramdankənar heç bir sual salınmamışdı: "Asan, orta, çətin səviyyəli suallar vardı. Diqqətli olanda, rahat cavab vermək olur”.

Lənkəran şəhəri R.Bədəlov adına 9 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Gülnar Həsənzadə 53 bal toplayıb. O da imtahan prosesindən razılığını bildirdi və növbəti günlərdə sertifikatlaşdırmaya cəlb olunacaq müəllim həmkarlarına uğurlar arzuladı.

Astara şəhəri Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Gülyanaq Həbibzadə də təbəssümlə bizə yaxınlaşdı və 57 bal toplamağının sevincini bölüşdü.

“Çətinlik çəkmədim. Həmkarlarıma uöurlar arzulayıram. Müxtəlif səviyyəli suallar salınmışdı. Fənnini bilən müəllimlər təşvişə düşməsinlər”.

Aytac Ələsgərli (Lənkəran rayonu M.Həsənov adına Şilavar kənd tam orta məktəbi, İngilis dili müəllimi) 57 bal toplayıb: “Suallar səviyyələr üzrə bölünmüşdü, amma məncə orta və çətin suallara daha çox üstünlük verilmişdi. Xüsusi hazırlaşmamışdım, ilboyu dərs prosesində materialları təkrar etmişdim”.

Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseydə çalışan riyaziyyat müəllimi Səbinə Rəhimli isə 56 bal toplayıb: “Suallar 3 səviyyədə idi, tam məzmunu əhatə edən suallar idi. Nəticəmdən razıyam”.

Lerik rayonu Bibiyoni kənd orta məktəbinin riyaziyyat müəllimi Aləddin Hüseynov isə 52 bal yığaraq imtahanı uğurla başa vurub: “İmtahan şəffaf keçirildi. Amma suallar keçən ilki suallardan fərqlənirdi, dərəcə nisbəti daha çətin idi. Daha yüksək nəticə gözləyirdim, mexaniki səhv etdim deyə nəticəm az oldu”.

İngilis dili müəllimi Elnaz Əliyeva isə belə münasibət bildirdi: “Əvvəl çox həyəcanlı idim, əvvəl çox asan gəldi, yaza-yaza getdim, sonra bir az çətinləşdi. Düzü, daha yüksək nəticə gözləyirdim. Məncə, çox həyəcanlı olduğuma görə nəticəm gözlədiyimdən aşağı oldu”.

Lənkəran şəhəri 8 saylı tam orta məktəbin müəllimi Cəmilə Məmmədli də 50 baldan yuxarı nəticə göstərən müəllimlərdəndir. O da imtahanın şəffaflığından razılığını ifadə etdi.

Biz də müəllimlərimizə uğurlar arzulayırıq. Müəllim cəmiyyətin əsas sütunudur. Onlar nə qədər güclü, biliklidirsə, gələcəyimiz də bir o qədər sağlam olacaq. Yalnız hər zaman öz üzərində işləyən, müasir trendləri öyrənən, onları şagirdlərinə ötürən, bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirən müəllimlər cəmiyyətimizi irəli apara bilərlər.

1 /3

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.