Bütün xəbərlər
9 aprel, 12:05

8 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində İnkubasiya və akselerasiya mərkəzinin, İnformasiya texnologiyaları kafedrasının, Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə “Yaşıl Texnologiyalar” adlı müsabiqə keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi Azərbaycan texnoloji yeniliklər və yaşıl texnologiyalar sahəsində inkubasiya mühitinin inkişafına dəstək olmaq, həmçinin ekologiya və ətraf mühitin qorunması istiqamətində yaradıcı həllərin ortaya çıxmasına şərait yaratmaqdır. Yarış rəqəmsal ekologiya, ətraf mühitin monitorinqi və təhlili, ağır yüklərin daşınması üçün dron və avadanlıq həlləri, habelə insanlıq üçün faydalı texnoloji yeniliklərin təqdim olunmasına imkan verib.

Jüri heyəti bu müsabiqədə iştirak edən komandaların layihələrini qiymətləndirərkən onların yaradıcı yanaşmalarını və innovativ həllərini nəzərə alıb. Jüri heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət olub:

Almaz Əliyeva – Mühəndislik fakültəsinin dekanı

Nizami Zeynalov – Təhsil fakültəsinin dekanı

Nüşabə Qədimli – İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı

Vüqar Mustafayev – Elm və innovasiyalar şöbəsinin müdiri

Aidə Mustafayeva – İnformasiya texnologiyaları kafedrasının müdiri

Mahir İsmayılov – Mexanika kafedrasının müdiri

Müsabiqə nəticəsində ilk üç yeri qazanan komandalar aşağıdakı kimi elan edilib:

1-ci yer – Yaşıl Həyat komandası

2-ci yer – “Void³” komandası

3-cü yer – “Aizerbaijan” komandası

Bu müsabiqə iştirakçıların yaşıl texnologiyalar sahəsindəki biliklərini və bacarıqlarını daha da inkişaf etdirməyə və ekologiyaya faydalı həllər yaratmağa imkan verib. Mingəçevir Dövlət Universiteti bu cür təşəbbüslərlə həm də ölkənin texnoloji və ekoloji inkişafına töhfə verməyə davam edəcəkdir.

1 /6

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.