Bütün xəbərlər
11 iyul, 15:55

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin gələcək karyeralarına dəstək olmaq məqsədilə müəllimlərin işə qəbulu (MİQ) və magistr imtahanlarına hazırlıq üçün mentor proqramı fəaliyyətə başlayır. 

“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin rektoru Anar Eminov sonuncu kurs tələbələri ilə görüşərək onlara layihə barədə ətraflı məlumat verib. Rektor xüsusilə Təhsil fakültəsinin tələbələrini MİQ imtahanlarında fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, bu proqrama universitetin peşəkar əməkdaşları ilə yanaşı, regionda kurikulum və məntiq üzrə tanınmış mütəxəssislər də mentor kimi cəlb olunacaq. 

Anar Eminov vurğulayıb ki, universitet tələbələrin imtahanlarda ən yüksək nəticəni göstərməsi üçün hər cür dəstəyi göstərəcək. Layihəyə ilk olaraq Riyaziyyat kafedrasının tələbələri cəlb olunacaq, eyni zamanda, magistr təhsili almaq istəyən bütün tələbələr bu proqramda iştirak edə biləcəklər.

Layihənin rəhbəri, Riyaziyyat kafedrasının müdiri dosent Rövşən Babayev bu dəstək mərkəzinin əsas məqsədinin tələbələrin əmək bazarında layiqli yer tutmalarına kömək etmək olduğunu bildirib. O qeyd edib ki, mentorluq proqramına 70-dən çox tələbə cəlb olunacaq. R.Babayev bu proqramın tələbələrə təkcə akademik biliklər deyil, həm də karyera yollarında irəliləmək üçün praktik bacarıqlar qazandıracağını vurğulayıb.

1 /4

Şərhlər

Xəbər lenti

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.