Bütün xəbərlər
20 fevral, 11:15

Salyan rayonu Qaraçala qəsəbə tam orta məktəbində "Məni özün bil!" qrant layihəsi çərçivəsində 6, 7 və 8-ci sinif şagirdləri üçün bullinq və empatiya mövzularında təlimlər keçirilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin əsas məqsədi bullinq və insan psixikasında vacib yer tutan empatiya mövzusunda şagirdlərin maarifləndirilməsidir.

Təlimlər təcrübəli mütəxəssis, Bullinq və Gender məsələləri üzrə ekspert Araz Babayev tərəfindən aparılır. O, şagirdlərə bullinqə məruz qaldıqda necə davranmaq, zorakılıq hallarından qorunmaq, zorakılığa məruz qalan insanlara dəstək olmaq və empatiyanın əhəmiyyətini izah edir. Təlimlərdə iştirak edən şagirdlər öz hüquqları, psixoloji müdafiə üsulları və sağlam ünsiyyət bacarıqları barədə məlumatlanırlar.

Layihənin əhatə dairəsinin genişləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə ətraf zonalardan – Çadırlı kənd ümumi orta ümumtəhsil məktəbi və H. Şahbazov adına Kərimbəyli kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri, psixoloqları və uşaq birliyi rəhbərləri də bu təşəbbüsə qoşulub. Ümumilikdə, layihə çərçivəsində hər qrup üçün 4 təlim olmaqla 40 şagird, 3 məktəb psixoloqu və uşaq birliyi rəhbəri təlimlərdə iştirak edir.

Qeyd edək ki, "Məni özün bil!" qrant layihəsi Salyan rayonu C. Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Güləliyeva Elnarə Ağabək qızı tərəfindən icra olunur. Layihənin eksperti, 3 dəfə qrant müsabiqəsinin qalibi Məmmədli Zeynəb Akif qızıdır.

Bu layihə şagirdlərin psixoloji rifahını gücləndirmək və daha sağlam məktəb mühiti yaratmaq üçün mühüm addımdır. Təlimlərin davamlılığı və digər məktəblərə də yayılması istiqamətində işlər görülməkdədir.

1 /6

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.