Bütün xəbərlər
17 aprel, 16:19

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən rayonu Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin XI sinif şagirdi Şahin Məmmədov martın 9-da keçirilmiş buraxılış imtahanında maksimum nəticə – 300 bal toplayaraq region birincisi olub.

İmtahan nəticəsi ilə bağlı danışan Şahin qeyd edir ki, bu uğur təkcə onun deyil, həm də ona daim dəstək olan valideynlərinin, bilik və bacarıqlarını formalaşdıran müəllimlərinin birgə zəhmətinin nəticəsidir: “Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun adını daşıyan liseyin şagirdi olaraq 300 bal toplamaq mənim üçün həm fəxr, həm də məsuliyyətdir”.

Şahinin uğurları bu nəticə ilə məhdudlaşmır. O, təhsil illəri ərzində müxtəlif intellektual yarış və fənn olimpiadalarında da parlaq göstəricilər əldə edib. 2021-ci ildə STEAM Azərbaycan Festivalında II yer, bu il “Sabahın alimləri” XIV layihə müsabiqəsində bürünc medal, 2024-cü ildə “Zəfər Elm Olimpiadası”nda (ŞZRTİ) I yer, 2025-ci ildə eyni olimpiadada III yeri tutub.

Şahin 9-cu sinifdə oxuyarkən DİM-in buraxılış imtahanında 261 bal toplayıb və fərqlənmə attestatına layiq görülüb. 
Şahin deyir ki, gələcəkdə Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə ingilis dilində təhsil almağı və həkim kimi ölkəsinə xidmət etməyi qarşısına məqsəd qoyub.

Lisey rəhbərliyi və müəllim kollektivi bu uğuru məktəbin tədris nailiyyətlərinin bariz nümunəsi kimi dəyərləndirir. Onun nəticəsi bölgə təhsilindəki inkişafın və potensiallı gənclərin üzə çıxarılmasının göstəricisidir.

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.