Bütün xəbərlər
17 oktyabr, 15:50

Oktyabrın 14-də Xorvatiyanın Dubrovnik şəhərində Dünya Bacarıqları 2025 (World Skills 2025) konfransı başlayıb. Bu tədbir dünyada qlobal bacarıqlar gündəminin əsas məqamlarını müəyyənləşdirən bir platforma kimi tanınır. Konfransda sadəcə bacarıqlar  haqqında danışanlar yox, onları gerçəkdən formalaşdıran şəxslər, biznes, sənaye, dövlət və təhsil sahələrinin liderləri, eləcə də “World Skills” yarışmasının istedadlı qalibləri iştirak edir. 

OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer növbəti məqaləsində iştirak etdiyi tədbirdə səsləndirilən mesajlardan bəhs edir.

“Azərbaycan müəllimi” A.Şleyxerin məqaləsini oxucularla bölüşür.

Rəqəmsal və yaşıl keçid: əmək dünyasında yeni dövr

Texnologiyanın daha çox iş yeri yaradacağı, yoxsa məhv edəcəyi hələ də müzakirə mövzusudur. Amma bir həqiqət dəyişməzdir: rəqəmsal və yaşıl transformasiya əmək dünyasının bütün qaydalarını dəyişməkdədir. Yaranan yeni iş yerləri sadəcə mövcud olanların əvəzlənməsi deyil, onlar tamamilə yenidən düşünülür. Bu isə o deməkdir ki, bacarıqların artırılması (upskilling) və yenidən öyrənilməsi (reskilling) artıq əmək bazarının əsas tələbinə çevrilib. Əvvəllər biz işimizi yerinə yetirmək üçün öyrənirdik, bu gün isə öyrənmək, artıq işin özüdür. 

Buna görə də müasir iş yerləri həm də bir öyrənmə mərkəzinə çevrilməlidir. Məktəblər isə dünənin deyil, sabahın əmək bazarını öncədən hiss etməyi bacarmalıdır.

Peşə təhsili: uğurlu gələcəyə körpü

Bütün bu dəyişikliklər peşə təhsilinin rolunu daha da ön plana çıxarır. Uğur qazanan ölkələr, məhz tətbiqi bacarıqlara və çevik öyrənmə sistemlərinə sərmayə qoyan ölkələr olacaq. Peşə təhsili təhsil ilə iqtisadiyyat arasında strateji körpü rolunu oynayır. O, gəncləri həm dərhal işə hazır bacarıqlarla təchiz edir, həm də sənaye dəyişəndə böyüklərə yeni istiqamətlərə yönəlmək imkanı verir. Yəni bacarıq boşluqları inkişaf imkanlarına çevrilir.

Süni intellekt artıq bəzi məzunlardan daha yaxşı esse yaza bilir. Amma o, nə elektrik stansiyasını idarə edə bilər, nə reaktiv mühərriki təmir edə, nə də saçınızı kəsə bilər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatları göstərir ki, gələcəyin işi dərin şəkildə insan təbiətinə əsaslanır, yəni mürəkkəb münasibətləri idarə etmək, qeyri-müəyyənlik şəraitində etik qərarlar qəbul etmək və həqiqətən yenilik yaratmaq qabiliyyətinə.

Bacarıqların rəngi yox, uyğunlaşma gücü var

Artıq “yaşıl bacarıqlar” və “köhnə sənaye bacarıqları” arasında sərhəd çəkmək mənasızdır. Yaşıl mühəndis və ya “qəhvəyi” mühəndis yoxdur, yalnız müxtəlif sahələrdə öz bilik və bacarıqlarını tətbiq edə bilən mühəndislər var. İqtisadiyyatlar daha dayanıqlı olduqca, insanlar da işlərini dəyərləri ilə uzlaşdırmaq istəyirlər.

Ən önəmlisi isə işin rəngi deyil, işçinin çevikliyidir. Pandemiya dövründə bu dərsi sərt şəkildə öyrəndik: qonaqpərvərlik sahəsində bacarıqlar kifayət qədər olsa da, səhiyyədə eyni bacarıqlara çatışmazlıq vardı. Bu uçurumu yalnız çevik və dinamik ixtisas sistemləri ilə keçmək mümkündür.

Peşə təhsilinin uğuru: sənaye ilə əməkdaşlıq

Lakin bütün bunlar nəzəriyyədə asan görünür. Reallıqda peşə təhsili yalnız o zaman işləyir ki, işəgötürənlər əsas rolu öz üzərlərinə götürürlər. Ən yaxşı nəticələr, sinif otaqları ilə istehsalat sahələri birləşəndə əldə olunur, yəni öyrənmək təkcə öyrədilməklə deyil, həm də yaşanmaqla mümkün olur.

Avstriya, Almaniya, İsveçrə, Niderland, Danimarka, Macarıstan və İrlandiya kimi ölkələrdə gənclər yalnız nəzəriyyə öyrənmirlər, bu bilikləri real iş mühitlərində tətbiq edirlər. Bu sistemlərin effektivliyi də buradan qaynaqlanır. Yunanıstan və İtaliya kimi ölkələr isə hələ məktəblə iş dünyası arasında olan boşluqları doldurmağa çalışırlar.

Müəllimləri daim sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq. Daha ağıllı yol: sənayeni sinif otağına gətirməkdir. Şirkətlərdə çalışan mütəxəssislərə təlim, mentorluq və öyrətmə bacarıqları qazandırmaq vacibdir. Çünki yaxşı elektrikçi dünyanı naqillərlə bağlamaq istəyir, masa arxasında oturmaq yox.

Buna görə də daha çevik modellərə ehtiyac var: yarımştat müəllimlik, birgə müqavilələr, həm istehsalat, həm tədris sahəsində fəaliyyət göstərən rollar.

Birgə yaradılan sistemlər – gələcəyin açarı

Bundan əlavə, işəgötürənlərlə birlikdə standartlar, proqramlar və sertifikatlar üzərində işləmək də önəmlidir. Çünki bu, həm etimad yaradır, həm də peşə təhsilini aktual və nüfuzlu edir. Əgər işəgötürənlərin masada yeri yoxdursa, peşə təhsili cazibəsini və dəyərini itirir.
İşəgötürənlər təkcə müştəri yox, həm də birgə yaradan tərəf olmalıdırlar. Onlar nə öyrədildiyinə, necə öyrədildiyinə və uğurun necə ölçüldüyünə dair əsas söz sahibi olmalıdırlar. Onlar real, yüksək keyfiyyətli iş təcrübəsi üçün qapılarını açmalıdırlar. Gerçək dünyada qazanılan bacarıqlar daha qalıcıdır. Bizə əməkdaşlığı istisna yox, norma kimi qəbul edən sistemlər lazımdır.

Nəticə: sabahın iş dünyası üçün hazırlaşmaq

“World Skills 2025” konfransından siyasətçilərə verilən əsas mesaj aydındır: təkcə dünənin işlərini qorumaq yox, insanları sabahın rollarına hazırlamaq lazımdır. Məktəblərlə iş yerlərini təkcə əlaqələndirmək yox, onları bir-birinə sıx şəkildə toxumaq vacibdir. İşəgötürənləri sadəcə dinləmək yox, onlarla birgə yaratmaq gərəkdir. Sistemləri sadəcə rəqəmsallaşdırmaq yox, onları daha insan yönümlü etmək, daha ağıllı göstəricilər və daha yaxşı əməkdaşlıqlara hazırlamaq lazımdır.

Qeyd edək ki, “World Skills” peşə bacarıqları üzrə dünya və milli çempionatlar təşkil edən və dünyanın müxtəlif yerlərində iki ildən bir keçirilən beynəlxalq xeyriyyə təşkilatıdır, həmçinin peşə bacarıqları ilə bağlı konfranslara ev sahibliyi edir. “World Skills” özünü bacarıqlar üçün qlobal mərkəz kimi təqdim svir edir.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.