Bütün xəbərlər
12 sentyabr, 09:18

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olan xüsusi kateqoriyadan olan uşaqlarla görüş keçirilib.

Komitədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrini bitirən 1 şəhid övladı, 24 sağlamlıq imkanları məhdud, 7 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagird tələbə adını qazanıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, valideyn himayəsindən məhrum və ya valideynlərini itirmiş uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl işlər aparılır, onların müdafiəsini təmin edən qanunvericilik bazası müasir tələblərə uyğunlaşdırılır: 

"Naxçıvan Muxtar Respublikasında 85 valideyn himayəsindən məhrum uşaq və 2079 sağlamlıq imkanları məhdud uşaq vardır. Bu il ali və orta ixtisas təhsil müəssisələrinə xüsusi kateqoriyadan 1 şəhid övladı, 6 qız və 1 oğlan olmaqla 7 valideyn himayəsindən məhrum uşaq (keçən il 5 nəfər), həmçinin 9 qız və 15 oğlan olmaqla 24 sağlamlıq imkanları məhdud uşaq (keçən il 16 nəfər) qəbul olunub. Ümumilikdə 32 nəfərdən 7 nəfər orta ixtisas, 25 nəfər isə ali təhsil müəssisəsinə daxil olub".

Sonda abituriyentlərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

1 /7

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.