Bütün xəbərlər
16 sentyabr, 09:30

“Qarabağ Universiteti Xankəndi şəhərinin inkişafında əsas yerlərdən birini tutur. Bu il universitetdə təxminən 2216 tələbə təhsil alacaq. İnzibati heyət və tələbələrlə birlikdə şəhərdə və universitetin ətrafında 2500-dən artıq insan yaşayacaq və fəaliyyət göstərəcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri  AzTV-nin “Hədəf” proqramının qonağı olan elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

Nazir xüsusilə universitetin tibb və sağlamlıq elmləri fakültəsinin multidisiplinar yanaşmasını vurğulayıb. O qeyd edib ki, burada təhsil alan tələbələr mühəndislik, musiqi və incəsənət, sosial və dəqiq elmlər üzrə biliklərini birləşdirə bilirlər. Bu yanaşma həm müəllimlərin, həm də tələbələrin peşə inkişafını dəstəkləyir.

Fakültədə həm texnoloji, həm də humanist dəyərlərə əsaslanan əməkdaşlıq mühiti yaradılıb. Tədqiqat yönümlü kurikulum tətbiq edilir və fakültəni bitirən şəxslər müasir elmi biliklərə və praktik bacarıqlara yiyələnirlər. Nazir əlavə edib ki, universitetdə müxtəlif tədqiqatların aparılması Qarabağ Universitetinin elmi potensialını artıracaq və onu nüfuzlu təhsil müəssisəsi kimi formalaşdıracaq.

Xankəndidə Qarabağ Universitetinin Klinikası binası və Tibb və Sağlamlıq Elmləri fakültəsi fəaliyyət göstərir, tələbələr burada həm tədris, həm də praktiki biliklərini inkişaf etdirə bilirlər.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 11:29

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

16 sentyabr, 11:19

Təhsil xərclərinə ayrılan vəsait artırılıb

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqubu

16 sentyabr, 11:00

Qələbəni şəhid və qazilərimizə həsr etdik - Baş məşqçi

16 sentyabr, 10:36

Müəllimlər vahid geyimdə dərsə başladılar

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

16 sentyabr, 10:07

Rektor: Bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib

16 sentyabr, 09:56

Minimal bal toplaya bilməyən məzunun diplomuna görə universitet məsuliyyət daşıyır – Nazir

16 sentyabr, 09:55

MÜTDA: İş dəftərlərinin alınması heç bir halda məcburi xarakter daşımamalıdır

16 sentyabr, 09:51

Peşə təhsilində təhsilalanların köçürülməsi başlayıb

16 sentyabr, 09:50

Nazir: Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərdə hazırda müəllim çatışmazlığı yoxdur

16 sentyabr, 09:42

Emin Əmrullayev: Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər açılır, resursların istifadəsi optimallaşdırılır

16 sentyabr, 09:37

"Azad edilmiş ərazilərdə məktəblərin bərpası və köçkün məktəblərinin inteqrasiyası planlı şəkildə aparılır" - Nazir

16 sentyabr, 09:29

Müəllimlərin maaşlarına əlavələr edilməyə başlanılıb

16 sentyabr, 09:23

Direktorların işə qəbulu qaydalarının detalları AÇIQLANIB

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.