Bütün xəbərlər
21 fevral, 09:53

Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq Məktəbində 2024-2025-ci tədris ilinə aid təcrübələrin başlanğıc konfransı keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, NDU-da fəaliyyət göstərən müəllim və tələbələr iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin ölkəmizin sosial-iqtisadi inkişafının əsas dayaqlarından biri olduğunu vuğulayıb. Dövlət başçısının təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafı üzrə 2023-2027-ci illər Dövlət Proqramı"nın bu sahədə mühüm islahatları ehtiva etdiyini qeyd edib. Eyni zamanda proqram çərçivəsində institusional inkişaf, idarəetmə sisteminin modernləşdirilməsi, insan kapitalının gücləndirilməsi və innovasiyaların tətbiqi kimi strateji istiqamətlər müəyyən edildiyini bildirib. Samir Seyidəhmədli dövlət qurumları ilə gənclər arasında əməkdaşlığın gücləndirilməsi, onların gələcək karyera inkişafına dəstək verilməsi və əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasının nəzəri və praktik aspektlərinə toxunub. Universitetlər və dövlət qurumlarının birgə fəaliyyətinin gücləndirilməsinin, tələbələrin yalnız formal təcrübə ilə kifayətlənməyib, öz bacarıqlarını daim təkmilləşdirmələrinin önəmindən bəhs edib.

NDU-nun rektoru Elbrus İsayev universitet həyatında pedaqoji təcrübə və istehsalatın bir-birini tamamlayan iki mühüm hadisə olduğunu bildirib. Universitetin 2024-2025-ci tədris ilinə aid təcrübələrin başlanğıc konfransını öz tərkibi ilə dövlət-universitet-sənaye əməkdaşlıq platformasının görüşü mahiyyəti daşıdığını vurğulayıb. Rektor ali təhsil ocağının təhsilin müxtəlif səviyyələrini əhatə edən istənilən işə götürən müəssisə həm dövlət, həm özəl müəssisələr üçün kadr hazırlığı potensialının olduğunu qeyd edib. Bildirib ki, 2024-2025-ci tədris ilinin ikinci yarısında Naxçıvan Dövlət Universitetində universitet üzrə təcrübəyə 1 555 nəfər tələbə gedəcək. Onlardan 1 345 tələbə əyani, 210 tələbə qiyabidir. Tələbələrin istehsalat təcrübəsi 4 həftəlik, 5 həftəlik, 14 həftəlik və 20 həftəlik olacaq.  43 müəssisə və təşkilatda təşkil olunacaq.  83 ixtisas üzrə 1 112 nəfər tələbə göndəriləcək. İstehsalat təcrübələrinə ümumilikdə 107 təcrübə rəhbəri təyin olunub. Pedoqoji təcrübələr 20 həftə davam edəcək. Eyni zamanda elmi-tədqiqat təcrübəsində 14 ümumtəhsil müəssisəsində 21 ixtisas üzrə 443 nəfər tələbə pedoqoji təcrübə keçəcək. Pedoqoji təcrübələrə ümumilikdə 137 təcrübə rəhbəri təyin olunub. Qeyd edək ki, bundan əlavə  hal-hazırda 216 nəfər magistr  Elmi tədqiqat təcrübəsi keçməkdədir.

Daha sonra Naxçıvan Dövlət Universitetinin ötən tədris ilinin təcrübələrindən hazırlanan videoçarx izlənilib, çıxışlar dinlənilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə gənclərlə işin təşkili, onların peşəkar kadr kimi formalaşması, eyni zamanda əmək bazarına daxil olan ali təhsilli gənclərin məşğulluğunun təmin edilməsi yönünüdə fəaliyyətlərndən bəhs edib. Bu fəaliyyətlərin təşkilində universitet-sənaye işbiriliyinin ölkənin iqtisadi inkişafına və işçi qüvvəsinin potensialının artırılmasına mühüm töhfə olduğunu vurğulayıb. Naxçıvan Dövlət Universitetinin  Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri  Aynurə Seyidovaya  “Təcrübələrin təşkilinə dair tələblər və qarşıda duran vəzifələr” barədə məlumat verib.

Daha sonra sual-cavab sessiyası olub, rəsmi şəxslər tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi ilə tanışlıq olub.

1 /10

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.