Bütün xəbərlər
24 fevral, 16:16

Naxçıvan Dövlət Universitetində (NDU) "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində yaradılmış SABAH qruplarına dövlət vəsaiti hesabına alınmış informasiya texnologiyaları avadanlıqları və dərsliklərin təqdimatı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da Tibb ixtisası üzrə SABAH qrupları yaradılaraq 21 tələbə ilə fəaliyyətə başlanıldığını qeyd edib. SABAH qrupları ali təhsil sisteminə dünya təcrübəsini gətirərək, tələbələrin daha rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə imkan yaradır. Bu qruplarda təhsil alan tələbələr yüksək akademik göstəricilərlə yanaşı, geniş təcrübə imkanlarına da malik olurlar.

Rektor vurğulayıb ki, tədrisin yüksək səviyyədə təşkili məqsədilə Dövlət Proqramından ayrılan maliyyə vəsaiti hesabına baza tibb fənlərinin tədrisində istifadə olunacaq 173 adda 200-dən artıq kitab, 5 proyektor və 15 notbuk alınaraq tələbələrin istifadəsinə verilib. Həmçinin dövlət hesabına alınan avadanlıqların və resursların səmərəli istifadəsinin vacibliyini qeyd edib.

Tədris departamentinin direktoru Şahin Əliyev ali təhsil ocağında yeni məzmunlu SABAH qruplarının təşkili vəziyyəti və 2025-ci ildə görüləcək işlər barədə məlumat verib. Bildirib ki, tədris ilinin II yarısında bu qruplarda təqaüd proqramları genişləndiriləcək, tədrisin təşkilində müasir metodlar tətbiq olunacaq.

Tədbirdə Tibb fakültəsinin müəllimi Fariz Məmmədov, SABAH qruplarının II kurs tələbələri Şövkət Əlisoy, Tahir Əlizadə və tədrisi ingilis dilində Tibb ixtisasının II kurs tələbəsi Nəsibə Əzizova yaradılan şəraitə görə minnətdarlıq edib, tibbi biliklərini daha da təkmilləşdirmək üçün səylə çalışacaqlarını bildiriblər.

Sonda iştirakçılar yeni informasiya texnologiyaları avadanlıqları və dərsliklərlə tanış olublar.

1 /5

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.