Bütün xəbərlər
13 mart, 12:32

Martın 13-də Bakı Konqres Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının final görüşü başlayıb. 

“Azərbaycan müəllimi" xəbər verir ki, bu il çempionata 6 region və paytaxtda yerləşən 25 ali təhsil müəssisəsindən 32 komanda qatılıb. Finala vəsiqə qazanmaq üçün 3000-dən çox tələbə ilkin seçim turunda iştirak edib.

Tədbirin açılış mərasimində giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tələbə-gənclərlə işin əlaqələndirilməsi sektorunun müdiri Hilal Salmanov bu cür tədbirlərin tələbələrin elmə və intellektual fəaliyyətə marağını artırmaqla yanaşı, onların təhsil həyatında daha uğurlu olmalarına kömək etdiyini vurğulayıb. O məlumat verib ki, bu cür yarışların məqsədi tələbələrin intellektual bacarıqlarını ortaya çıxarır,  komanda ruhunun formalaşmasına kömək edir. 

H.Salmanov gənclərə müraciət edərək deyib ki, bu kimi yarışlar şəxsi bilik və bacarıqların da inkişafına yardım edir: "Bu bacarıqlarla tək özümüzə yox, cəmiyyətin tərəqqisinə kömək edirik. Hər gün özümüzdən soruşmalıyıq ki, ölkəm üçün nə etdim. Çalışın ki, bu suala hər gün bir cavabınız olsun. Çünki siz müasir gəncliyin lokomotivlərisiniz".

Gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyən H.Salmanovun sözlərinə görə, intellektual oyunun qalibi olmaq o deməkdir ki, gənclər bu bilik və bacarıqlarını yeni çağırışlara uyğun inkişaf etdirməlidirlər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov da öz növbəsində intellektual yarışların tələbələr arasında dostluq münasibətlərinin inkişafına töhfə verdiyini vurğulayıb və final iştirakçılarının ölkənin ən güclü intellektual komandaları olduğunu nəzərə çatdırıb.

Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə da intellektual yarışların əhəmiyyətindən danışıb. Onun fikrincə, belə yarışlar gənclərin analitik düşüncə qabiliyyətini artırmaqla yanaşı, onların fərdi və kollektiv bacarıqlarının inkişafına da töhfə verir.

Çıxışlardan sonra final yarışına start verilib. Qalib komandalar bu gün müəyyən ediləcək.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi tələbələrin intellektual potensialını üzə çıxarmaq, onların bilik və məntiqi düşüncə qabiliyyətlərini inkişaf etdirmək və universitetlərarası intellektual mühitin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, bu cür yarışlar gənclərin komanda şəklində işləmə bacarıqlarını gücləndirir və elmi biliklərini praktik olaraq tətbiq etmələrinə imkan yaradır.

1 /6

Şərhlər

Xəbər lenti

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

1 may, 09:46

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

1 may, 09:42

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

1 may, 09:40

Leyla Əliyeva və Arzu Əliyeva tələbələrin konsertində iştirak ediblər

1 may, 09:37

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır!

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.