Bütün xəbərlər
18 iyul, 14:17

Bu il III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında ölkəmizdə ən yüksək nəticəni Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Aytac Baxşəliyeva göstərib. Aytac imtahanın birinci mərhələsində 294.8 bal, ikinci mərhələsində isə 397 bal olmaqla ümumilikdə 691.8 bal toplayaraq III ixtisas qrupu üzrə ən yüksək nəticəni əldə edən abituriyent olub.

 “Azərbaycan müəllimi”  həmyaşları arasında savadı ilə seçilməyi bacaran məzunla həmsöhbət olub.

Aytac uğurlarının əldə edilməsində ilk növbədə müəllimlərinin böyük rolu olduğunu qeyd edir.

Ölkə birincisi məlumat verir ki, gimnaziyada təhsil aldığı müddətdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 4 dəfə Respublika Fənn Olimpiadasında iştirak edib, 2 qızıl, 1 gümüş və 1 bürünc medala layiq görülüb: “Dəfələrlə “Xəmsə”, “Breyn rinq”, “Nə? Harada? Nə zaman?” intellektual yarışlarında iştirak etmişəm və birincilik əldə etmişəm. Sevimli məşğuliyyətim bədii əsərlər oxumaqla yanaşı, musiqi dinləmək, maraqlı filmlər izləmək, yürüş etməkdir”.

Uğurlu abituriyent bildirir ki, birinci olmaq deyil, hər zaman özgüvənli, işinin peşəkarı olmaq arzusu ilə yaşayıb. Bununla belə, Aytac birinci olacağına da hər zaman inanıb: “Uğurlu olmağın səbəbi çox çalışmaq, hədəfə doğru getmək, məqsədinə çatmaq üçün əlindən gələnin ən yaxşısını təqdim etməkdir”. 

Hüquqşünas olmaq istəyən Aytac gələcəkdə təhsilini xarici ölkədə davam etdirməyi, layiqli və peşəkar hüquq işçisi olmağı arzulayır.  Şagirdlərə tövsiyəsi isə odur ki,  arzularının yolunda yorulmadan çalışsınlar: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur”.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.