Bütün xəbərlər
5 aprel, 09:21

Zaqatalada Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya” layihəsinin bağlanış mərasimi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin əsas məqsədi Zaqatala rayon Bəhmətli kənd tam orta məktəbinin 30 nəfərlik heyətinin onlayn əməkdaşlıq alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək və onları “ICDL İşçi Qüvvəsi üçün Onlayn Əməkdaşlıq” (ICDL Workforce Online Collaboration) beynəlxalq sertifikasiyasına hazırlamaq idi.

Tədbirdə təhsil işçiləri, məktəb rəhbərləri, qonaqlar və layihə iştirakçıları iştirak ediblər. Tədbiri layihənin rəhbəri Aliyə Qurbanova açaraq qonaqlara layihə ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, “Məktəbdə effektiv ünsiyyət təhsilin və sosial inkişafın əsasını təşkil edir. Məktəbdə effektiv ünsiyyət deyiləndə yalnız məktəb-şagird və məktəb-valideyn münasibətləri deyil, həmçinin həmkarlararası və təlim-tərbiyə prosesində iştirak edən maraqlı tərəflər arasında qurulan ünsiyyət də nəzərdə tutulur”. Daha sonra o, onlayn ünsiyyətin əhəmiyyətinə toxunaraq vurğuladı: “Onlayn ünsiyyət müasir dövrdə təhsil prosesinin ayrılmaz hissəsidir. Bu, həm şagirdlər, həm də müəllimlər arasında məlumat mübadiləsini asanlaşdıraraq təhsilin keyfiyyətinin artırılmasına xidmət edir”.

Xatırladaq ki, layihə 3 ay müddətində həyata keçirilib. Bu müddət ərzində beynəlxalq sertifikasiyaya hazırlıq üzrə təlimlər təşkil olunub , iştirakçılar beynəlxalq imtahanda iştirak ediblər və beynəlxalq sertifikat qazanıblar. Beynəlxalq imtahan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin ICDL Authorized Testing mərkəzi tərəfindən keçirilib.

1 /2

Şərhlər

Xəbər lenti

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.