Bütün xəbərlər
30 yanvar, 10:10

“Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya” layihəsi çərçivəsində təlim keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Zaqatalada Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya” layihəsinin əsas məqsədi Zaqatala rayon Bəhmətli kənd tam orta məktəbinin 30 nəfərlik heyətinin onlayn əməkdaşlıq alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək və onları “ICDL İşçi Qüvvəsi üçün Onlayn Əməkdaşlıq” (ICDL Workforce Online Collaboration) beynəlxalq sertifikasiyasına hazırlamaqdır.

Layihənin rəhbəri Aliyə Qurbanova tədbiri açaraq qonaqlara layihə ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, məktəbdə effektiv ünsiyyət təhsilin və sosial inkişafın əsasını təşkil edir. Məktəbdə effektiv ünsiyyət deyiləndə yalnız məktəb-şagird və məktəb-valideyn münasibətləri deyil, həmçinin həmkarlararası və təlim-tərbiyə prosesində iştirak edən maraqlı tərəflər arasında qurulan ünsiyyət də nəzərdə tutulur.

Daha sonra o, onlayn ünsiyyətin əhəmiyyətinə toxunaraq vurğulayıb: “Onlayn ünsiyyət müasir dövrdə təhsil prosesinin ayrılmaz hissəsidir. Bu həm şagirdlər, həm də müəllimlər arasında məlumat mübadiləsini asanlaşdıraraq təhsilin keyfiyyətinin artırılmasına xidmət edir”.

Xatırladaq ki, layihə 3 ay müddətində həyata keçiriləcək. Bu müddət ərzində beynəlxalq sertifikasiyaya hazırlıq üzrə təlim məzmunu Azərbaycan dilinə tərcümə ediləcək, təlimlər təşkil olunacaq və iştirakçılar beynəlxalq imtahanda iştirak edəcəklər. Beynəlxalq imtahan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin “ICDL Authorized Testing” mərkəzi tərəfindən keçiriləcək.

1 /5

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.