Bütün xəbərlər
16 sentyabr, 14:26

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına qəbul açıq elan edilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrində bakalavriat təhsili alan tələbə qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüdlə yanaşı, təcrübə, mentorluq, təlimlər və “NEQSOL Academy” ilə “LinkedIn Learning” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış kimi imkanlardan yararlanacaqlar.

Proqrama aşağıdakı meyarlara cavab verən şəxslər müraciət edə bilərlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında əyani təhsilalma forması olan bakalavriat təhsili almalı;
  • Qeyd olunan ixtisaslardan biri üzrə təhsil almalı;
  • Ali təhsil müəssisəsinin bakalavr pilləsinə qəbul imtahanında minimum 450 bal toplamalı;
  • Ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən yuxarı olmalı;
  • Dərsdənkənar fəaliyyətlərdə fəal iştirak etməli (könüllülük, sosial fəaliyyət və s.);
  • Aşağıdakı sosial meyarlardan birinə cavab verməlidir:
     – ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü;
     – valideynləri olmayan və ya uşaq evində böyümüş şəxs.
  • Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
    – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
    – İşsiz kimi qeydiyyatda olan şəxslər;
    – İş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxslər;
    – İş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxslər.

Qeyd: Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar veriləcək. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız aylıq 200 manat məbləğində təqaüd əldə edəcək və proqram çərçivəsində onlara təqdim olunan şəxsi və peşəkar inkişaf fəaliyyətlərində iştirak edəcəklər.

“Parla” təqaüd və inkişaf proqramı üçün müəyyən edilmiş ixtisasların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 12 oktyabr 2025-ci il.

Qeyd: Fondun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.