Bütün xəbərlər
16 sentyabr, 13:13

Ali təhsildə keyfiyyət təminatı ölkənin davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Bu məqsədlə aparılan institusional və proqram akkreditasiyası ali təhsil müəssisələrinin fəaliyyətini dövlət standartlarına uyğun qiymətləndirməklə yanaşı, onların güclü və zəif tərəflərini də üzə çıxarır, inkişaf üçün tövsiyələr təqdim edir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Azərbaycan müəllimi”nin sorğusuna cavabında bildirib ki, ali təhsil müəssisələrində şəffaflığın, hesabatlılığın və daxili keyfiyyət təminatı mexanizmlərinin yaradılması vacibdir. Akkreditasiya isə xarici qiymətləndirmə vasitəsi kimi bu prosesin davamlılığını təmin edir.
Son illərdə keçirilən akkreditasiyalar göstərib ki, bir çox universitetlərdə ortaq çağırışlar mövcuddur:

• Tədris planlarının hazırlanmasında maraqlı tərəflərin iştirakının zəifliyi,
• Bir çox ixtisaslarda seçmə fənlərin azlığı və tələbələrə seçim imkanının məhdudluğu,
• Əks-əlaqə sistemlərinin işlək olmaması,
• Tələbəyönümlü tədris metodlarının tam tətbiq edilməməsi,
• Keyfiyyətyönümlü idarəetmə sistemlərinin yetərincə inkişaf etməməsi,
• Akademik heyətin elmi-tədqiqat fəaliyyətinin zəifliyi və nəticələrin dərs prosesinə inteqrasiyasının məhdudluğu,
• Daxili keyfiyyət təminatı sistemlərinin formal xarakter daşıması.

TKTA-nın rəyinə görə, bu istiqamətlərdə təkmilləşdirmələr zəruridir. Akkreditasiya prosesinin sonunda təqdim edilən tövsiyələr əsasında artıq bir sıra universitetlərdə seçmə fənlərin sayı artırılıb, tələbələrin seçim azadlığı genişləndirilib, daxili keyfiyyət təminatı üzrə ayrıca strukturlar yaradılıb.
Nəticələr göstərir ki, akkreditasiya sadəcə “yoxlama” mexanizmi deyil, həm də ali təhsil müəssisələrinin inkişafına yönəlmiş bir qiymətləndirmədir. Bu yanaşma ilə akkreditasiya təhsildə güvənin təminatı və keyfiyyətin yüksəldilməsi üçün mühüm vasitəyə çevrilir.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

16 sentyabr, 11:34

İlin ikinci Günəş tutulması baş verəcək

16 sentyabr, 11:29

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

16 sentyabr, 11:19

Təhsil xərclərinə ayrılan vəsait artırılıb

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqublu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.