Bütün xəbərlər
8 avqust, 11:27

Peşə Təhsili üzrə Dövlət Agentliyi növbəti dəfə mediatur təşkil edib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə təşkil edilən budəfəki mediaturda Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, media nümayəndələri və blogerlər iştirak ediblər. 

Mediatur Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mövcud imkanlarını, təlim mühitini və praktik şəraitini əyani göstərmək məqsədi daşıyıb. İştirakçılar müxtəlif ixtisas sahələri və bacarıq əsaslı təlim modelləri ilə tanış olub, beynəlxalq sertifikatlar verən ixtisaslar barədə məlumatlandırılıblar. Onlar mərkəzin emalatxanalarında avadanlıqların işini izləmək imkanı qazanıb, müəssisənin tələbə və məzunları ilə görüşüblər.

ETN-in şöbə müdiri Səbuhi Rzayev Azərbaycanda artıq peşə təhsilində yeni bir mərhələnin başladığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, son bir necə ildə bu sahədə ciddi inkişafin baş verdiyini xüsusi vurğulayıb. 

Eyni zamanda, son illər ərzində peşə təhsilinə artan marağa da diqqət çəkib. Peşə təhsilinin müasir əmək bazarının tələblərinə uyğun inkişafının dövlət siyasətinin əsas prioriteti olduğunu, təhsil proqramlarının hazırlanması zamanı, ilk növbədə, əmək bazarının ehtiyaclarının nəzərə alındığını qeyd edib. 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun sözlərinə görə, peşə təhsilinə artan marağı hazırda davam edən sənəd qəbulu da təsdiq edir. Artıq 31 mindən artıq şəxs peşə təhsili müəssisələrində təhsil almaq üçün müraciət edib: 

“Keçən ilin eyni dövrü ilə müqayisədə müraciət edənlərin sayında təxminən 20-30 faiz artım müşahidə olunur. Bu onu göstərir ki, peşə təhsili getdikcə daha çox diqqət mərkəzinə gəlir və bir çoxları üçün real, funksional alternativə çevrilir”.

C.Kərəmov əlavə edib ki, peşə təhsilində strateji hədəflərə uyğun olaraq həyata keçirilən işlərdən sonra bir çox müəssisələrdə yerlər tamamilə dolur: “Rəqəmlərə nəzər yetirsək, bu marağın artdığını aydın şəkildə görə bilərik. Əgər biz 2020-ci ildə təxminən 14 min nəfəri peşə təhsili müəssisələrinə qəbul etmişdiksə, ötən il bu rəqəm 25 min nəfərə yaxınlaşıb. Bu isə təxminən iki dəfəyə yaxın artım deməkdir. Ümumilikdə, hər il peşə təhsili müəssisələrinə müraciət edənlərin sayında 10–15 faiz artım olur. Bu, bir daha göstərir ki, peşə təhsili artıq daha geniş kütlənin diqqət mərkəzindədir və real seçim kimi qəbul olunur”.

Mediatur iştirakçıları xüsusən ən çox maraq göstərilən ixtisaslarla maraqlanıblar. Onlara bildirilib ki, aşpazlıq, avtomobil təmiri, IT və rəqəmsal texnologiyalar, logistika və tikinti sahələri hazırda ən çox müraciət edilən ixtisaslar siyahısındadır. Sevindirici haldır ki, yeni istiqamətlər üzrə də kifayət qədər müraciət daxil olur. Məsələn, yaşıl iqtisadiyyat, enerji səmərəliliyi, rəqəmsal dizayn, ağıllı kənd təsərrüfatı kimi sahələr üzrə də seçim edənlərin sayı artmaqdadır.

Elmi-kütləvi bloger Vüsal Yusifli bildirib ki, peşə təhsili müəssisəsinə keçirilən mediaturda ilk dəfə iştirak edib və bu onun üçün çox maraqlı olub: 

“Məktəblərlə bağlı bəzi sosial çarxlar görmüşdüm, amma canlı görmək tamamilə fərqlidir. Ölkəmizdə belə bir tendensiya var ki, hər kəs ali təhsil almağa çalışır. Halbuki çoxumuz, elə mən özüm də müxtəlif peşələrdə böyük uğur qazanan çoxsaylı insanlar tanıyırıq. Sevindirici faktdır ki, burada tələbələr arzuladıqları peşəni kitabdan, internetdən, kağızdan yox, təcrübə keçərək, real şəraitdə öyrənirlər”.

V.Yusifli yeni yaranan ixtisaslarla maraqlandığını da söyləyib: “İzləyici kütləm 13 yaşından 35 yaşınadək olanlardır. Hər gün onlardan ixtisaslarla bağlı çoxlu suallar alıram. Bu gün aldığım məlumatlar verilən sualları cavablandırmaq üçün zəngin baza olacaq. Hansı yöndə getsələr, şanslarının daha çox olacağı yönündə paylaşımlar edərək öz izləyici kütləmi düzgün yönləndirməyə, peşə təhsili sahəsində onlara doğru məsləhətlər verməyə çalışacağam”.

Jalə Fətəliyeva emalatxanalardakı şəraiti yüksək qiymətləndirib: “Mənim üçün çox maraqlı görüş oldu. Peşə təhsilinə aid təfərrüatlı məlumatlar əldə etdim. Peşə təhsili sahəsində müasir emalatxanaların olması, tələbələrin peşəni məhz bu şəraitdə öyrəndiyini bilmək maraqlı oldu”.

J.Fətəliyeva planlaşdırıb ki, peşə ixtisasları, peşə təhsili ilə bağlı maariflənib və əldə etdiyi məlumatları tələbələrlə də paylaşacaq.

1 /5

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.