
Magistratura səviyyəsinin 68, 69 və 70 saylı qəbul proqramları üzrə qabiliyyət imtahanlarının vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, qabiliyyət imtahanlarının 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) saylı proqram üzrə 22 iyun tarixində, 70 (Təsviri sənət istiqaməti) saylı proqram üzrə 24 iyun, 68 (Musiqi sənəti istiqaməti) nömrəli proqram üzrə isə 26 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.
69-cu proqrama aid ixtisaslaşmaları seçən bakalavrlar bu gündən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. İmtahana buraxılış vərəqəsində imtahan binasının ünvanı və imtahana gəlmə vaxtı qeyd olunub.
68 və 70 saylı proqramlara proqrama aid ixtisaslaşmaları seçən bakalavrlar 20 iyun tarixindən etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.
Bakalavrlar qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
– Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə proqram formasını.
Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər