.jpeg)
“Sertifikatlaşdırma müəllim nüfuzunun artırılması üçün uğurlu bir addımdır. Əminəm ki, Azərbaycan ziyalıları bu prosesə kütləvi şəkildə qoşulacaqlar”.
Bu fikirləri müəllimlərin sertifikatlaşdırılması imtahanının ikinci günündə təşkil olunan infoturda iştirak edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
O qeyd edib ki, sertifikatlaşdırma müəllim nüfuzunu artırmaq baxımından ən uğurlu vasitələrdən biridir:
“Əgər biz müəllimin cəmiyyətdə nüfuzunun yüksəlməsini istəyiriksə, bu prosesi dəstəkləməli və müdafiə etməliyik. Bu proses nəyi göstərir? Əgər müəllimdə savad, bacarıq və təcrübə varsa, o, uğur qazanır. Uğur qazanan müəllimin əməkhaqqı artır. Bu baxımdan biz Azərbaycan ziyalıları prosesi təqdir, təbliğ etməli və əgər varsa, çatışmazlıqların aradan qaldırılması üçün təkliflərimizi verməliyik”.
Deputat əlavə edib ki, proses tam ədalətli şəkildə təşkil olunur. Heç kimə ayrı-seçkilik edilmir: “Mən əminəm ki, bu prosesdə iştirak edən müəllimlərin özləri də yalnız təşkilatçılığın peşəkarlığından və uğurlu keçirilməsindən danışa bilərlər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər