Bütün xəbərlər
12 avqust, 14:36

Xankəndi şəhərində Qarabağ Universiteti, Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 7-ci Türkoloji “Yay məktəbi”nə start verilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, proqramın əsas məqsədi türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında qarşılıqlı bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdır.

2025-ci ilin 10-17 avqust tarixlərində keçirilən “Yay məktəbi” çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan olan 32 gənc alim və doktorant bir həftə ərzində türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslərdə iştirak edir. Tədris prosesi 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssisin iştirakı ilə həyata keçirilir. Yay Məktəbi müddətində türkologiyanın müvafiq istiqamətləri üzrə elmi yanaşmaların bölüşülməsi, tədqiqat təcrübələrinin paylaşılması, eləcə də müvafiq mövzularda elmi diskussiyaların aparılması nəzərdə tutulur. Bu tədbir həm iştirakçı ölkələr arasında mövcud elmi əlaqələrin möhkəmləndirilməsinə, həm də Türk dünyasının ortaq elmi gələcəyinin formalaşmasına dəstək göstərilməsinə xidmət edir. “Yay məktəbi”nin Xankəndi şəhərində keçirilməsi Qarabağ Universitetinin müəllim və doktorantlarının da proqramda təmsil olunması 7-ci dəfə təşkil olunan tədbirə xüsusi dəyər qatır. 7-ci Türkoloji Yay Məktəbinin açılış mərasimi 11 avqust 2025-ci il tarixində Qarabağ Universitetində baş tutub.

Tədbirin açılışında Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirakçıları salamlayaraq belə nüfuzlu və davamlı bir layihənin Qarabağ Universitetində keçirilməsinə görə bütün tərəfdaş qurumlara təşəkkürünü bildirib. O, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları nəticəsində Azərbaycanın tarixi ədaləti bərpa edərək suverenliyini təmin etməsindən sonra Qarabağda həyata keçirilən quruculuq işlərinin ən mühüm nümunələrindən birinin Qarabağ Universitetinin yaradılması olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına verdiyi yüksək dəyərin bariz göstəricisidir. Şahin Bayramov çıxışında həmçinin bildirib ki, uzun illər işğal altında qalmış torpaqların azad edilməsindən sonra Qarabağ yalnız iqtisadi və sosial baxımdan deyil, eyni zamanda elmi və mədəni potensialı ilə də dirçəlir. Onun sözlərinə görə, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, həm də regionun elmi-intellektual mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rektor vurğulayıb ki, Qarabağın bənzərsiz təbiəti, zəngin tarixi irsi və strateji coğrafi mövqeyi buranı Türk dünyası üçün əhəmiyyətli bir elmi əməkdaşlıq platformasına çevirir. O əlavə edib ki, Qarabağ Universitetinin missiyası yalnız yüksək ixtisaslı kadrlar yetişdirmək deyil, həm də ortaq dəyərləri, milli-mənəvi irsi və dövlətçilik ənənələrini gələcək nəsillərə ötürməkdir. Onun fikrincə, bu ali məktəb Türk dünyası üçün intellektual körpü rolunu oynayaraq birgə inkişafın elmi bazasını formalaşdıracaq. Şahin Bayramov vurğulayıb ki, elm və təhsil sahəsində inteqrasiya, ortaq tarixi köklərimiz üzərində möhkəmlənmiş strateji əməkdaşlığın ən etibarlı təminatıdır.

Universitet haqqında ətraflı məlumat verən Şahin Bayramov tədbirin Qarabağ Universitetinin Türk dünyasında tanınmasına, Türk dövlətlərinin alimləri və gənc tədqiqatçıları arasında elmi əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirib. O, Yay Məktəbinin ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıq imkanları yaradacağına inandığını ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

Türk Akademiyasının Prezidenti Şahin Mustafayev çıxışında 7-ci Türkoloji “Yay məktəbi”nin Azərbaycanın müqəddəs torpaqlarında – tarixi zəfərin rəmzi olan Qarabağda, Xankəndində yerləşən Qarabağ Universitetində keçirilməsini böyük qürur və xoşbəxtlik kimi qiymətləndirdiyini qeyd edib. Tarixi fakt və hadisələrə toxunan Şahin Mustafayev, Qarabağın tarixən elmin, mədəniyyətin və incəsənətin beşiyi olduğunu vurğulayıb. O, builki Yay Məktəbini ortaq tarixi köklərə, dilə, mədəniyyətə və kimliyə sahib olan Türk dünyasının elmi inteqrasiyasını gücləndirən, qarşılıqlı anlaşmanı və bilik mübadiləsini təşviq edən mühüm akademik platforma kimi dəyərləndirib. “Türkoloji Yay Məktəbi təkcə nəzəri və metodoloji biliklərin paylaşılması deyil, həm də ortaq elmi irsin qorunması, gələcək nəsillərə ötürülməsi və davamlı əməkdaşlıq şəbəkələrinin qurulması baxımından əhəmiyyətli təşəbbüsdür”, – deyə o əlavə edib.

Türkiyə Elmlər Akademiyasının Prezidenti Müzəffər Şəkər də çıxışında iştirakçıları salamlayaraq Qarabağ Universitetində olmaqdan məmnunluq hissi keçirdiyini bildirib. O, gənc tədqiqatçıların “Yay məktəbi” çərçivəsində quracaqları elmi əlaqələrin Türk dünyasının elmi potensialını zənginləşdirəcəyini və uzunmüddətli əməkdaşlıqlar üçün möhkəm zəmin yaradacağını vurğulayıb. Müzəffər Şəkər elm, təhsil və tədqiqatın ölkələrimizin və xalqlarımızın gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib Tədbir elmi çıxışlarla davam edib və Qarabağ Universitetinin İncəsənət fakültəsinin əməkdaşlarının musiqi ifası ilə yekunlaşıb. 7-ci Türkoloji Yay Məktəbi avqustun 16-dək davam edəcək.

Qarabağ Universiteti gələcəkdə də Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası ilə birgə layihələr həyata keçirilməsi, ortaq irsin araşdırılması və Türk birliyinin güclənməsinə töhfə verən milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsi istiqamətində mühüm təşəbbüslərə imza atmağı planlaşdırır. Yay Məktəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilati dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Türkoloji Yay Məktəbi indiyədək Türkiyə, Qırğızıstan və Qazaxıstanda təşkil olunub.

1 /13

Şərhlər

Xəbər lenti

14 avqust, 11:01

Yapon alimləri yeni akustik levitasiya cihazı hazırlayıblar

14 avqust, 11:00

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başladı

14 avqust, 11:00

MDU-nun tələbələri hotellərdə təcrübə keçəcəklər – Yeni memorandum imzalandı

14 avqust, 10:54

Zoologiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc edilib

14 avqust, 10:39

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib

14 avqust, 10:36

“Maarifçi”lər büdcə formalaşdırdı, məktəb təmiri üçün hesabat hazırladılar – REPORTAJ

14 avqust, 10:23

Elmin obyektivində: alimlərin çəkdiyi 11 maraqlı FOTO

14 avqust, 09:41

İlk lisey sinfindən uğurlu nəticə: 23 şagirdin 13-ü fərqləndi

13 avqust, 17:42

Türkiyə Elmlər Akademiyasının prezidenti BDU-da olub

13 avqust, 17:11

Kollecə qəbul olanlar üçün qeydiyyat başlayır 

13 avqust, 16:53

Lisey və gimnaziyalara seçim prosesi başa çatır

13 avqust, 16:46

Xaricdə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

13 avqust, 16:44

HTP çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüş keçirilib

13 avqust, 16:43

Məktəbdən elm dünyasına: FRİTL-in uğurlu məzunlarının hekayələri

13 avqust, 16:22

Dövlət bağçalarında ödənişli xidmət göstərilə bilərmi? – RƏSMİ AÇIQLAMA

13 avqust, 15:01

Sabunçuda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır

13 avqust, 14:48

SABAH qruplarının tələbələri üçün yataqxana qeydiyyatı başlayır

13 avqust, 14:38

Rezidentura üzrə ixtisas seçimi başlayıb

13 avqust, 14:07

Ölkə birincisi olan DP iştirakçısı: “Xəyallarımızın ardınca getməliyik”

13 avqust, 13:31

İncəsənət məktəblərinə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.