Bütün xəbərlər
18 avqust, 17:01

10-16 avqust 2025-ci il tarixlərində Qarabağ Universitetində Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən 7-ci Türkoloji “Yay məktəbi” uğurla başa çatıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında qarşılıqlı bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdan ibarət olub.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan 32 gənc alim və doktorantın qatıldığı bir həftəlik yay məktəbi çərçivəsində türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslər təşkil olunub. Dərslər 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssis tərəfindən keçirilib.

Bununla yanaşı, iştirakçılar arasında türkologiyanın müvafiq istiqamətləri üzrə elmi yanaşmalar və tədqiqat təcrübələri paylaşılıb, eləcə də müvafiq mövzularda elmi diskussiyalar aparılıb. Tədbir həm iştirakçı ölkələr arasında mövcud elmi əlaqələrin möhkəmləndirilməsinə, həm də Türk dünyasının ortaq elmi gələcəyinin formalaşmasına dəstək göstərilməsinə xidmət edib.

“Yay məktəbi”nin Xankəndi şəhərində keçirilməsi həmçinin Qarabağ Universitetinin müəllim və doktorant əməkdaşlarının proqramda fəal iştirak etməsi 7-ci dəfə təşkil olunan tədbir üçün xüsusi əhəmiyyət kəsb edib. Eyni zamanda, tədbir Qarabağ Universitetinin elmi fəaliyyətinin beynəlxalq səviyyədə nümayiş etdirilməsinə imkan yaradıb.

“Yay məktəbi”ndə Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov “Türk dünyasında ortaq əlifba problemi” mövzusunda, Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə isə “Qarabağın paleoekosisteminin insanın təkamülündəki rolu” mövzusunda mühazirələr oxuyub. Eləcə də universitetin iki doktorant əməkdaşı “Yay məktəbi”nin iştirakçıları sırasında yer alıb.

Proqram çərçivəsində iştirakçılar üçün gəzinti təşkil olunub. Gənc türkoloqlar Şuşaya və İsa Bulağına səfər edərək Azərbaycanın zəngin tarixi və mədəniyyət irsi ilə yaxından tanış olublar. 

Bundan əlavə, iştirakçılardan ibarət doqquz komanda - "Dədə Qorqud", "Manas", "Orxon-Yenisey", "Oğuz", "Altay", "Alpamış", "Xəzər", "Göytürk" və "Turan"  arasında bilik yarışı keçirilib. Aparılan maraqlı mübarizənin nəticələrinə uyğun olaraq "Göytürk" komandası birinci, "Manas" komandası ikinci, "Dədə Qorqud" komandası isə üçüncü yerin qalibi olub və müvafiq sertifikatlarla təltif olunublar.

“Yay məktəbi”nin sonunda iştirakçılara Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə sertifikatları təqdim olunub.

Qeyd edək ki, 7-ci Türkoloji Yay Məktəbinin açılışı avqustun 11-də baş tutub. Açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şekerli çıxış edərək yay məktəbinin əhəmiyyətini vurğulayıb, təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.

Türkoloji Yay Məktəbi indiyədək Türkiyə, Qırğızıstan və Qazaxıstanda təşkil edilib. Qarabağ Universiteti bu ənənənin davamlılığını təmin etmək məqsədilə gələcəkdə də Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası ilə Türk dünyasının ortaq irsinin araşdırılması, öyrənilməsi və təbliği istiqamətində birgə layihələr həyata keçirməyi planlaşdırır.

1 /8

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.