Bütün xəbərlər
13 may, 11:25

Respublika fənn olimpiadaları hər il minlərlə məktəblini bir araya gətirən, bilik və zəhmətə əsaslanan intellektual yarış meydanıdır. Bu yarışlarda qazanılan uğurlar təkcə fərdi nailiyyətlər deyil, həm də məktəb və bölgələrin təhsil səviyyəsinin real göstəricisidir. Bu il respublika birinciliyi uğrunda mübarizədə Qəbələ şəhəri və Oğuz rayonunun Xaçmaz kəndindən olan iki şagird – Bahar Məmmədli və Sabir Şıxlı xüsusilə fərqləndilər. Onlar təkcə medal qazanmayıblar, həm də yaşıdlarına əzm, planlama və səbrin nə qədər dəyərli olduğunu göstərmiş oldular.

“Şəffaf yarış bizi ruhlandırır”

Qəbələ şəhəri Ş. Bulqədirov adına 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bahar Məmmədli Azərbaycan dili və ədəbiyyat fənni üzrə RFO-da qızıl medal qazanıb. Baharın uğuru heç də təsadüfi deyil. Bu nəticə onun bir neçə il ərzində mərhələli şəkildə çalışmasının, ardıcıl planlama aparmasının və sistemli hazırlaşmasının məhsuludur.

“Keçən il RFO-da iştirak etdim, amma yalnız yarımfinala keçə bildim. Bu mənə həm təcrübə verdi, həm də növbəti il üçün özümü daha yaxşı tanımağa imkan yaratdı”, – deyə Bahar bildirir.

Baharın sözlərinə görə, hazırlıq prosesi asan olmayıb. Bu il həm buraxılış imtahanına, həm də olimpiadaya eyni vaxtda hazırlaşmaq onun üçün fiziki və zehni baxımdan ciddi güc tələb edib. Amma məqsədyönlü planlama ilə bu çətinliyin öhdəsindən gələ bilib:

“Zamanımı dəqiq bölürdüm. Hər gün özümə suallar hazırlayırdım. Ən çətin mövzularda mütləq müzakirəyə ehtiyac duyurdum və müəllimlərim bu baxımdan mənə böyük dəstək göstərdi”.

Bahar uğurunun kökündə doğma dilinə və ədəbiyyata olan xüsusi marağının dayandığını qeyd edir. Onun üçün bu fənn sadəcə dərslik məzmunu deyil, həm də düşüncə və hiss dünyasıdır:

“Ədəbiyyat mənim üçün duyğunun və düşüncənin dilidir. Bir obrazın dünyasını anlamaq üçün sanki bir insanla tanış olurdum”.

Bahar uğurunun müəllimləri və ailəsinin dəstəyi ilə mümkün olduğunu bildirir. Valideynlərinin hər ikisi müəllimdir və uşaq yaşlarından onun təhsilinə xüsusi önəm verilib. Bu mühit onun formalaşmasında əsas rol oynayıb.

Respublika finalına qədər keçdiyi yolun həyəcanlı, eyni zamanda, məsuliyyətli olduğunu deyən Bahar gələcək planlarından çox danışmaq istəmir:

“Arzularımı həyata keçirdikdən sonra danışmağı sevirəm. İndi yalnız çalışıram və başqa müsabiqələrə hazırlaşıram”.

Müsahibənin sonunda o, olimpiadanın şəffaf təşkilinə görə Azərbaycan Respublikası Təhsil İnstitutuna (ARTİ) da təşəkkür edir:

“Bu qədər şəffaf və obyektiv bir yarış mühiti bizi ruhlandırır. Bu şəraitə görə ARTİ-yə minnətdaram”.

“Əvvəl gümüş, sonra qızıl”

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Mirzə Fətəli Axundov adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sabir Şıxlı coğrafiya fənni üzrə RFO-da birinci yerə çıxaraq qızıl medal qazanan digər parlaq şagirddir. Sabir üçün bu medal sadəcə nəticə deyil, uzun illər davam edən əzmkar hazırlığın simvoludur.

“VIII sinifdə gümüş medal qazanmışdım. Həmin nəticə mənə göstərdi ki, doğru yoldayam. Bu il isə özümə qızıl hədəfi qoydum və bütün gücümlə çalışdım”.

Sabir coğrafiyaya olan marağını və bu marağın peşəkar istiqamətə çevrilməsində müəllimim Samir Cəbrayılovun rolunu xüsusi vurğulayır:

“Samir müəllim bizim üçün yalnız fənn müəllimi deyil, həm də yol göstərən, motivasiya verən insandır. Onun dərsləri sadəcə xəritə və terminlərlə bitmir, biz düşünməyi, təhlil etməyi də öyrənirik”.

Samir müəllimin rəhbərliyi altında coğrafiya üzrə medal qazanan şagirdlər hər il artmaqdadır. Artıq bu məktəbdə coğrafiyada medal qazanmaq bir uğurdan çox bir ənənəyə çevrilib:

“Biz bilirdik ki, bu məktəbdə oxuyub, Samir müəllimdən dərs alırsansa, səndən medal gözləyirlər. Bu həm həyəcan yaradır, həm də məsuliyyət. Amma elə bu məsuliyyət də uğura aparır”.

Sabirin hazırlıq prosesi də planlı şəkildə aparılıb. Ən zəif mövzular üzrə xüsusi iş planı, gündəlik təkrar, xəritələrlə analiz, onun gündəlik rejiminin ayrılmaz hissəsinə çevrilib.

Gələcək hədəfi isə daha böyükdür:

“İndi beynəlxalq coğrafiya olimpiadasına hazırlaşıram. İstəyirəm ki, Azərbaycanı dünya səviyyəsində təmsil edim. Bu, həm mənim, həm müəllimimin, həm də məktəbimin uğuru olacaq”.

Bahar Məmmədli və Sabir Şıxlı fərqli bölgələrdə, fərqli fənlər üzrə, fərqli yollarla, amma eyni məqsədlə çalışaraq RFO-da ən yüksək pilləyə qalxıblar. Onların uğuru göstərir ki, böyük nəticələr üçün böyük şəhərlərdə olmaq şərt deyil. Əsas məsələ doğru istiqamət, səmimi dəstək və dayanmadan çalışma ruhudur.

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.