Bütün xəbərlər
5 may, 17:08

“Azərbaycan müəllimi” qəzeti Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə birgə həyata keçirdiyi “Çağdaş təhsildə təşkilatlanma” layihəsi çərçivəsində Bakı şəhəri R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin direktoru Elza Bağırzadənin məqaləsini təqdim edir. 

Təbii sərvətlər tükənə bilən dəyərlərdir, lakin bilik və təhsil bir millətin davamlı inkişafı və gələcək nəsillərin formalaşması üçün əbədi kapitaldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, təhsil hər bir ölkənin gücləndirilməsinə töhfə verən əsas amillərdəndir. Bu səbəbdən, ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar, müasir tədris metodlarının tətbiqi və beynəlxalq qiymətləndirmə proqramlarında iştirak müsbət nəticələr verməkdədir. Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri də ümumtəhsil müəssisələrində tətbiq olunan “Şagird Davranış Qaydaları” layihəsidir.

Layihənin məqsədi və əhəmiyyəti

“Şagird davranış qaydaları” layihəsinin məqsəd və əhəmiyyətinə toxunaraq xüsusi vurğulamalıyıq ki, şagirdlər arasında nizam-intizamı təmin etməklə yanaşı, onların sosial davranışlarının tənzimlənməsi və xarakterlərinin formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir. Təhsil mühitində qarşılıqlı hörmət, məsuliyyət və müsbət davranışların təşviq olunması layihənin əsas hədəfi olaraq diqqət çəkir.

Layihə çərçivəsində bir sıra pilot proqramlar həyata keçirilir:

* Liderlik bacarıqlarının inkişafı

Şagirdlərin liderlik potensialının artırılması üçün seminarlar, təlimlər və beynəlxalq tədbirlərdə iştirak imkanları yaradılır. Bu, gənclərin sosial məsuliyyət hissini gücləndirir və intizamlı davranışlara yönəldir.

* İnnovativ yanaşmalar

İnteraktiv tədris metodları və informasiya texnologiyalarının tətbiqi ilə dərslər daha cəlbedici olur, bu isə şagirdlərin diqqətini artırır və davranış qaydalarına əməl etmələrini stimullaşdırır.

* Valideynlərlə əməkdaşlıq

“Valideyn məktəbi” və “Açıq qapı” günləri vasitəsilə ailələr tədris prosesi və davranış qaydaları haqqında məlumatlandırılır. Bu, məktəb-valideyn əməkdaşlığını möhkəmləndirir.

Nizam-intizamın təhsildə rolu

Nizam-intizam təhsil sisteminin dayaq sütunudur. İntizamın olmadığı yerdə tədrisin keyfiyyətindən danışmaq mümkün deyil. Sinifdə və məktəbdə nizam-intizamın olması müəllim və şagird arasında sağlam münasibətlərin qurulmasına, stresin azalmasına və tədris prosesinin səmərəli həyata keçirilməsinə şərait yaradır.

Xarakterin formalaşmasında davranış qaydalarının rolu

Uşaqların şəxsiyyət və xarakterlərinin formalaşmasında məktəb, ailə və cəmiyyət birgə rol oynayır. Ailə ilkin davranış modellərini təqdim edir, məktəb isə sosial adaptasiya və kollektiv yaşayış qaydalarını aşılayır. Davranış qaydaları gənclərin gələcəkdə uğurlu və məsuliyyətli fərdlər kimi formalaşmasında həlledici rol oynayır.

Nizam-intizam qaydalarının tətbiq prinsipləri

Effektiv tətbiq üçün aşağıdakı əsas prinsiplər önəmlidir:

* Maarifləndirmə - şagird və valideynlərə nizam-intizamın əhəmiyyəti barədə məlumat verilməlidir.

* Rol-model olmaq - müəllim və rəhbərlik nümunəvi davranış sərgiləməlidir.

* Müsbət motivasiya - davranış qaydalarına əməl edən şagirdlər mükafatlandırılmalıdır.

* Aydın və başa düşülən qaydalar - qaydalar sadə, anlaşıqlı və praktik olmalıdır.

Nəticə

“Şagird davranış qaydaları” layihəsi yalnız tədris mühitini tənzimləməklə kifayətlənmir, həm də gənc nəslin psixoloji və sosial inkişafında böyük rol oynayır. Bu layihənin məqsədyönlü və sistemli tətbiqi gənclərin iradəli, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda yetişməsinə şərait yaradır.

Təkliflər

1. Layihənin bütün məktəblərdə genişmiqyaslı tətbiqinin təmin edilməsi məqsədəmüvafiqdir.

2. Davranış qaydalarının effektivliyinin mütəmadi olaraq monitorinq edilməsi yenilənməsi faydalı olacaq.

3. Valideynlərin layihəyə daha aktiv cəlbi üçün maarifləndirici proqramların  hazırlanması zəruridir.

4. Psixoloq və pedaqoqlarla əməkdaşlıq gücləndirilməlidir.

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.