Bütün xəbərlər
10 fevral, 10:05

Şamaxı rayonu İ.Rəsulov adına Muğanlı kənd tam orta məktəbində icra edilən "Sağlam uşaqların dünyası" adlı layihə çərçivəsində məktəblilərin "Yaşıl könüllülər" qrupu yaradılıb. 

Bunu "Azərbaycan müəllimi"nə layihə rəhbəri Amaliya Muradova deyib.

O bildirib ki, "Yaşıl könüllü"lərin üzvü olan məktəblilərin ekoloji problemlərin həlli yollarına dair bilik və bacarıqları, liderlik qabiliyyətləri inkişaf etdirilir. 

Layihə rəhbərinin sözlərinə görə, "Yaşıl könüllülər" klubu təbiəti qorumağa yönəlmiş aktiv hərəkatdır. Könüllülər layihə çərçivəsində ekoloji məsuliyyətin artırılması və təbiətin qorunması ilə bağlı praktik tədbirlər həyata keçirirlər.
"Sağlam uşaqların dünyası" adlı layihə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən keçirilmiş “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” adlı müsabiqənin qalibi olub. Layihənin əsas məqsədi iqlim dəyişikliyi və ekoloji problemlərin uşaqların sağlamlığına təsirlərini azaltmaq, şagirdlərə ekoloji problemlərin həlli yollarını öyrətmək və onları təbiətə qayğı göstərməyə təşviq etməkdir.

1 /7

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.