Bütün xəbərlər
30 aprel, 10:22

Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Şamaxı rayon nümayəndələrinin təşəbbüsü ilə Şamaxı Şəhər Stadionunun konfrans zalında “Yol hərəkəti qaydalarının öyrənilməsi” mövzusunda maarifləndirici görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Dövlət Yol Polis bölməsinin baş inspektoru da iştirak edib.

Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri – Qızmeydan kənd tam orta məktəbin şagirdi Fuad Mərdanlı və Şamaxı şəhər 9 saylı tam orta məktəbin şagirdi Aytən Ədilova çıxış edərək bu cür tədbirlərin şagirdlərin maarifləndirilməsi və yollarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Dövlət Yol Polis bölməsinin baş inspektoru Vahid Zərbəliyev şagirdlərə “Yol hərəkəti haqqında” qanun, yol nişanları və hərəkət qaydaları barədə geniş məlumat verib, yol hərəkəti qaydalarının öyrənilməsinin həyat və sağlamlıq üçün vacibliyini diqqətə çatdırıb.

Tədbir zamanı mövzu ətrafında geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici görüşün sonunda iştirakçılara maarifləndirici bukletlər təqdim olunub, onlara yol hərəkəti qaydalarına daim əməl etməyin vacibliyi bir daha xatırladılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının arzuolunan olduğunu bildiriblər.

1 /5

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.