Bütün xəbərlər
17 fevral, 17:05

Naxçıvan Dövlət Universitetində (NDU) ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğulların xatirəsinin uca tutulması, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə yaz semestrinin ilk günü xüsusi dərs təşkil edilib, dərs otaqlarında tələbələr şəhid ailələrini, qaziləri dinləyiblər.

NDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetə dəvət olunan 53 şəhid ailəsi və qazilər bütün kurslardan tələbələrə ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən övladlarının həyatından, döyüş yolundan danışıblar. Görüş şəhidlərin şərəfli ömür yolu ilə tələbələri yaxından tanış etmək, onların xatirəsini və bu yolda sağlamlığını itirən qazilərimizin fədakarlıqlarını əbədiləşdirmək məqsədi daşıyıb. Tədbirdə iştirak edən şəhid ailələri və qazilərə NDU adından hədiyyələr və güllər təqdim olunub.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkilib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər təşkil olunur, “Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” İctimai birlikləri ilə birgə tədbirlər həyata keçirilir. Ali təhsil ocağında artıq üç ildir ki, hər il yaz və payız semestrinin ilk dərs günü şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunur.

1 /4

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.