Bütün xəbərlər
15 iyun, 11:38

İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində bir sevinc, həyəcan ab-havası hökm sürürdü. Səhnəyə çıxmağa hazırlaşan uşaqların gözlərində işıq, maraq və bir az da həyəcan var idi. Mərkəzdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə təşkil olunmuş möhtəşəm konsert proqramı baş tutdu. 

Rəngarəng musiqilər, maraqlı rəqs kompozisiyaları və vətənpərvər ruhda təqdim olunan çıxışlarla yadda qalan tədbir, uşaqların öz səhnə hekayələrini yazdığı bir günə çevrildi.

Tədbirdən öncə Azərbaycanın Dövlət Himni səsləndirildi, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), BŞTİ rəhbərliyi, ictimaiyyət nümayəndələri, millət vəkilləri, valideynlər iştirak edirdilər.

Tədbirin ideyası sadə, amma güclü idi. Məqsəd uşaqların hüquqlarını qorumaq, onların təhlükəsiz və xoşbəxt bir gələcək üçün necə dəstək olacaqlarını düşünməkdir. 

“Onlar öz həyat hekayələrinin bir parçasını yazdılar”

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova maraqlı və yaddaqalan çıxışlara görə uşaqlara, onların müəllimlərinə təşəkkürünü bildirib: 

“Tədbirdə ən səmimi, ən parlaq, ən istedadlı iştirakçıları, körpələrimizi, gələcəyimizin gözəl vətəndaşlarını gördük. Onlar bu səhnədə musiqiləri, rəqsləri, təbəssümləri ilə artıq öz həyat hekayələrinin bir parçasını yazdılar. Bu cür tədbirlər böyük zəhmətin və sevginin nəticəsidir”. N.Hüseynova çıxışında dövlətin uşaqlara olan diqqət və qayğısını vurğulayaraq qeyd edib ki, onların mənəvi tərbiyəsi və layiqli vətəndaş kimi formalaşmaları cəmiyyətin ən önəmli vəzifəsidir.

“Balacaların səhnədəki rahatlığı, cəsarəti, özgüvəni təqdirəlayiq idi”

MÜTDA-nın Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova tədbiri konsert proqramından daha çox emosiya və yaradıcılığın zirvəsi kimi dəyərləndirdi: “Balacaların səhnədəki rahatlığı, cəsarəti, özgüvəni təqdirəlayiq idi. Məktəbəqədər təhsil uşağın həyatında təməl mərhələdir. Buraya qoyulan sevgi dolu öyrədici mühit onların ömürlük dəyərlərinə çevrilir. Biz sabahın cəmiyyətini görmək istəyiriksə, bu gün uşaqlara necə yanaşdığımıza baxmaq kifayətdir”.

“Hər çıxışda bir zəhmət, bir hiss, bir uğur vardı”

Müsahibə üçün yaxınlaşdığımız 31 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Gülbəniz Əsgərova tədbirin uşaqlar və müəllimlər üçün nə qədər xüsusi olduğunu vurğulayaraq bildirib ki, bu cür səhnələr uşaqlarda özünəinam yaradır: “Müəllim-tərbiyəçilər onların daxili dünyasını daha aydın görə bilir. Hər çıxışda bir zəhmət, bir hiss, bir uğur vardı. Kollektivimizlə birlikdə bu anların unudulmaz olması üçün əlimizdən gələni etdik”. 

O deyir ki, bu cür tədbirlər sadəcə bir tamaşa deyil, uşaqlar üçün həyatın ilk ən böyük təcrübələrindən biridir: “Onlar səhnədə təkcə rəqs etmir, şeir söyləmirlər, həm də özlərini ifadə etməyi, ictimaiyyət qarşısında çıxış etməyi, birlikdə çalışmağı və hisslərini paylaşmağı öyrənirlər. Müəllimlər üçün də bu proses həm məsuliyyətli, həm də qürurvericidir. Biz hər məşqdə, hər təkrarda uşaqların inkişafını hiss edirik. Özlərini kəşf etdiklərini, səhnədə sərbəstləşdiklərini, bir-birinə güvənməyə başladığını görmək bizim üçün ən böyük uğurdur”.
Gülbəniz Əsgərova tədbirdə iştirak edən valideynlərin sevincini, uşaqların isə gözlərindəki parıltını gördükdə, bütün zəhmətlərin qarşılığını aldıqlarını hiss etdiklərini, bu cür tədbirlərin davamlı olmasının vacibliyini də vurğulayıb.

“Bu tədbiri sanki ilin hesabatı adlandırmaq olar”

23 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Şəfiqə Hüseynova da emosiyalarını bölüşərək bildirib ki, tədbirdə vətənpərvərlik, estetik zövq, əxlaq -hamısı bir arada idi: “Bu tədbiri sanki ilin hesabatı adlandırmaq olar. Geyimlər, çıxışlar, səhnə tərtibatı - hər şey son dərəcə gözəl idi. Bağçamızın uşaqları “Güllər” rəqsi ilə səhnədə çıxış etdilər. Çünki uşaqlar bizim gülümüzdürlər”.

Uşaqlar səhnədə parladılar…

105 saylı körpələr evi-uşaq bağçasının balaca yetirməsi Zeynəb Əzimli tədbirdə “Gaval” rəqsi ilə çıxış etdi. Öz ifadəli hərəkətləri və ritmik oyunu ilə tədbirin ən yaddaqalan iştirakçılarından birinə çevrildi. 

Zeynəbin müəllimləri bildirib ki, o, musiqi hissiyyatı və səhnədəki ifadəliliyi ilə seçilərək tədbirə qatılmaq üçün xüsusi olaraq seçilib. 

Çox maraqlı idi, sanki yarışmada idik

31 nömrəli körpələr evi-uşaq bağçasının 6 yaşlı yetirməsi Emil Quliyev isə “Göbələklər” rəqsi ilə səhnəyə çıxdı. O, çıxışdan sonra sevincini belə ifadə etdi:  “Çox maraqlı idi, sanki yarışmada idik”.

Onun həyəcanı və sevinc dolu baxışları tədbirin onda necə dərin təəssürat yaratdığını göstərirdi. Səhnədən enərkən gözlərindəki parıltı, uğur hissi ilə qürur qarışıq gülümsəməsi Emilin bu günü uzun müddət unutmayacağını göstərirdi. Səhnə onun üçün sadəcə oyun deyil, özünü ifadə etdiyi ilk ciddi məkana çevrilmişdi. Müəllimləri də bildirir ki, Emil məşqlər zamanı hər zaman diqqətli və aktiv olub. Musiqi rəhbəri Fəridə Hüseynovanın əziyyəti onun uğurlu çıxışına təsir edib.

“Müəllimlər mənə deyirdi ki, səndə hər şey alınacaq”

Mehin Bektaşi artıq 10 yaşındadır və 132–134 nömrəli liseydə təhsil alır. Lakin bağça ilə əlaqəsini heç vaxt kəsməyib. 4 il öncə məzun olduğu 138 nömrəli uşaq bağçasına qayıdaraq bu tədbirdə tam 3 rəqs nömrəsi: “Suita”, “Kukla” və “Çoban”la çıxış edib. 

“Bitirdiyim bağçaya gedib çıxışlara hazırlaşırdım. Müəllimlər mənə deyirdi ki, səndə hər şey alınacaq. Mən də bu sözlərdən ruhlanırdım, özümə motivasiya verirdim. Atmosfer möhtəşəm idi”, - deyə Mehin həyəcanlı səs tonu ilə bildirib.

Valideynlərin qüruru səhnədə görünürdü…

“Səhnədə elə çıxış etdilər ki, sanki balaca aktyor, aktrisalar idi”

183 nömrəli uşaq bağçasının balaca yetirməsi Sara Məhərrəmli bir neçə çıxışı ilə valideynlərin qürur mənbəyi oldu. Anası Gülər Məhərrəmova tədbirdən çox razı qaldığını, uşaqların peşəkar şəkildə məşğul olduqlarını deyir: “Səhnədə elə çıxış etdilər ki, sanki balaca aktyor, aktrisalar idi. Həqiqətən, bütün heyətə və uşaqlara halaldı”.

Bu tədbir sadəcə bir konsert proqramı deyildi, eyni zamanda, minlərlə gülümsəyən üzün, onlarla müəllimin zəhmətinin, onlarla valideynin qürurunun bir araya gəldiyi bayram idi. Uşaqlar üçün yaradılan bu cür imkanlar onların yalnız bu gün üçün deyil, bütün gələcəyi üçün ruh verən addımlardır.

1 /1

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.