Bütün xəbərlər
26 iyun, 10:15

Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rəvan İmanov təkcə məktəbdə deyil, Vətən müharibəsində də fədakarlıq göstərmiş müəllimlərdəndir. O, İkinci Qarabağ müharibəsinə könüllü qatılıb, Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra müəllim kimi fəaliyyətə başlayan müəllim bu gün gənc nəslin vətənpərvər ruhda yetişməsinə töhfə verməkdədir.

“Azərbaycan müəllimi” qəzetinin bu dəfəki həmsöhbəti olan Rəvan müəllim həm Vətən müharibəsindəki yolundan, həm də müəllimlik fəaliyyətindən söhbət açıb.

“Bu torpaqların hər qarışında şəhidlərimizin qanı, qəhrəmanlıq hekayəsi var”

Rəvan müəllim İkinci Qarabağ müharibəsi başlayanda dərs deyəcəyi məktəbə getmək yerinə, vətənin kömək səsinə səs verərək könüllü olaraq savaşa qatılmaq qərarı verib. Döyüş yolu Füzulidən başlayıb, Şuşada tamamlanan müəllim o günləri belə xatırlayır:

 “İkinci Qarabağ müharibəsinə qatılmaq şəxsi qərarım idi. Vətəninin dar günündə yanında olmaq, onun müdafiə olunmasında iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Belə çətin gündə, əlimdən daha çox kömək etmək gəldiyi halda, sadəcə sinifdə oturub dərs keçməyi özümə sığışdırmadım. Vətənpərvərlik hissi bu qərarın verilməsində böyük rol oynadı. Döyüş yolumuz Füzulidən başlayıb, Şuşada bitdi. Yaddaqalan çox hadisələr olub, ümumiyyətlə döyüşdəki hadisələr heç vaxt yaddan çıxmaz, çünki bu torpaqların hər qarışında şəhidlərimizin qanı, qəhrəmanlıq hekayəsi var”.

Göstərdiyi şücaət ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilən müəllim qələbə xəbərini Şuşada alıb: “Qələbə xəbəri gələndə gecə saatlarında Şuşada idik. Həmin anları sözlə ifadə etmək mümkün deyil, təbii ki torpaqlarımızın işğaldan azad olunması, şəhidlərimizin qanının yerdə qalmamasına görə, sevinc və qürur hissi keçirirdik. Müharibə bitəndən sonra cənab Prezident İlham Əliyev tərəfindən, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. Bu medallar bizə mənəvi cəhətdən böyük stimul verir”.

“Şagirdlərimizə döyüş yolumuz çox maraqlı idi”

Rəvan müəllimin həyatı, təkcə cəbhə xatirələri ilə məhdudlaşmır. Sinif otağında da bu qəhrəmanlıq tarixini yaşatmaqda davam edən müəllim şagirdlərinə təkcə coğrafiya fənnini deyil, həm də vətənpərvərlik dərsləri verir.

 Müharibədən əvvəl də müəllim olmaq üçün ciddi hazırlaşan Rəvan İmanov ilk dərs gününü yada salır: “2020-ci ilin iyul ayında coğrafiya fənni üzrə MİQ imtahanında iştirak etdim. Mümkün 60 baldan 56 bal topladım. Daha sonra Vətən müharibəsi başladı, sinif otağına girməmiş cəbhəyə yollandım. Müharibədən qayıtdıqdan sonra ilk iş günümü səbirsizliklə gözləyirdim. Şagirdlər də öz müəllimlərini görməyə çox həvəsli idilər, çünki bu onlarla ilk tanışlığımız idi. Şagirdlərimizə döyüş yolumuz çox maraqlı idi. Onlara Vətən müharibəsi haqqında, keçdiyimiz döyüş yolundan bəhs edərək, onların vətənpərvərlik ruhunda böyüməsini istəyirdim. Bu yolda onları mütəmadi olaraq məlumatlandırıram. Şagirdlərimin vətənpərvər ruhda böyüməsini özümə borc bilirəm”.

“Sertifikasiya imtahanı müəllimlərə bir fürsətdir”

Bir neçə gün əvvəl sertifikatlaşdırma imtahanında isə 60 bal toplayaraq maksimal nəticə göstərən müəllim bunun səbəbini belə izah edir: “Sertifikasiya imtahanı müəllimlərə həm maddi cəhətdən köməkdir, həm də özünü qiymətləndirmək üçün bir fürsətdir. Öz güclü və zəif cəhətlərini müəyyən edib, zəif cəhətləri inkişaf etdirmək üçün istiqamət verir. Uğur qazanmaq üçün məqsədin olmalıdır, özünə inanmalısan”.

Coğrafiya fənninin tədrisində də daim müasir üsullardan istifadə edən Rəvan müəllim coğrafiya elminin əhəmiyyətinə də xüsusi önəm verir: “Şagirdlərə dərsləri müxtəlif resurslardan istifadə etməklə tədris edirəm. İnternet üzərindən mənbələrdən araşdırma etməklə onların inkişafında yardımçı oluram, inkişafa istiqamətləndirirəm”.

Gənc müəllim söhbətimizin sonunda şagirdlərinə uğur arzulamağı da unutmur:

“Şagirdlərimizə ən birincisi, həyatda uğur, xoşbəxtlik arzulayıram. Dövlətimizə, millətimizə xeyirli bir vətəndaş olmalarını arzu edirəm”.

Rəvan müəllim döyüş meydanında olduğu kimi sinif otağında da məsuliyyətini dərk edir. O, bu gün şagirdlərinə yalnız coğrafiya elmini deyil, həm də vətənə, torpağa bağlılıq dəyərlərini aşılayır. Onun üçün müəllimlik sadəcə peşə deyil, həm də cəmiyyətə, dövlətə xidmət yoludur. O, öz şəxsi nümunəsi ilə sübut edir ki, Vətənə xidmət təkcə silahla deyil, həm də biliklə, təhsil ilə mümkündür. Rəvan müəllimə və onun timsalında gənc nəslin formalaşmasında əməyi olan bütün müəllimlərə uğurlar diləyirik.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.