Bütün xəbərlər
15 may, 13:07

Ölkəmizin ümumi təhsil müəssisələrində cari tədris ilinin sonuna yaxınlaşırıq. İstər məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, istərsə də ailələr üçün bu günlər böyük intizar və səbirsizliklə gözlənilir. Ümumtəhsil müəssisələri ənənəvi olaraq tədris ilinə “Son zəng” tədbiri ilə yekun vurur. Zəngin “sonuncu” olması simvolik olduğu kimi, bu tədbirin özünün də simvolik olması diqqətdən qaçırılmamalıdr: “Son zəng” təkcə tədris ilinə yekun vurmaq anlamı daşımır, həm də istər müəllimlər, istər məzunlar, istərsə də bu günü narahatlıq və sevinclə qarşılayan, övladların gələcək həyata ilk addımlarına şahidlik edən valideynlər üçün də bir hesabat mərhələsidir. Hesabatı düzgün vermək lazımdır ki, növbəti prioritetlər daha aydın, ona çatmaq yolları daha rəvan olsun…

Bu mənada məktəblərdə keçirilən "Son zəng" tədbiri şagirdlərin məktəb həyatındakı vacib bir mərhələnin – orta təhsilin başa çatmasının rəsmi və simvolik qeydi kimi qiymətləndirilməlidir.

"Son zəng" məktəbdən, müəllimlərdən və şagirdlik həyatından rəsmi ayrılıq mərasimidir. Bu, eyni zamanda yeni bir mərhələyə – ali təhsilə, əmək fəaliyyətinə və ya digər həyat yollarına keçidin simvoludur. Tədbir zamanı şagirdlər müəllimlərinə, valideynlərinə və məktəb kollektivinə təşəkkür edir, onlara minnətdarlıqlarını bildirirlər. Məktəb rəhbərliyi və qonaqlar çıxış edərək şagirdlərə gələcək həyatlarında uğurlar arzulayır, onları motivasiya edirlər.

“Son zəng” məktəb ictimaiyyətində ortaq yaddaş və ənənələrin formalaşmasına xidmət edir, şagirdlər arasında birlik və kollektiv yaddaşın güclənməsinə səbəb olur. 

Tədbirin əsas simvollarından biri son zəngin səsləndirilməsidir. Bu zəng təhsilin bir pilləsinin tamamlanmasını və yenisinə keçidi təmsil edir.

Qısacası, "Son zəng" tədbiri təhsil həyatının mühüm bir dövrünün bağlanması, cəmiyyətə inteqrasiyanın başlanması və emosional, yaddaqalan bir xatirənin yaradılmasıdır. Bu baxımdan təhsil prosesinin bütün iştirakçılarını – məktəbi, müəllimləri, şagirdləri və ailələri - bu günü daha yaddaqalan, məzmunlu, hər hansı izafi tədbirlərdən, lüzumsuz tədarüklərdən kənar şəkildə təşkil etməyi arzu edirik.

Məktəb həyatı hər bir məzunun onbirillik tədris dövründə qazandığı biliklərin, əldə etdiyi səriştə və bacarıqların, nümunəvi vətəndaşlıq davaranışlarının, gözəl mənəvi  keyfiyyətlərin aşılandığı mühitdir. Bu mühiti toyxana mərasimləri kimi bəzəmək, şoulara yer verməklə əyləncəyə çevirmək və bunun üçün lüzumsuz maddi israflara yol vermək qəti yolverilməzdir.

Məzunların gələcək yolunu “Son zəng” tədbirini bəzəyən xarici effektlər deyil, cəmiyyətdə tanınan, hamının hörmət etdiyi şəxsiyyətlərin ürək sözləri, ağsaqqal xeyir-duası, nəsihəti, alim tövsiyəsi işıqlandıracaq.

Şərhlər

Xəbər lenti

2 iyun, 15:42

Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb

2 iyun, 15:09

Naxçıvanın təhsil naziri tələbələrlə görüşüb

2 iyun, 14:57

BMU Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

2 iyun, 14:45

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagird qəbulu elan edir

2 iyun, 14:30

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

2 iyun, 14:06

Ağdam, Kəlbəcər və Zəngilanda yeni məktəblər istifadəyə veriləcək

2 iyun, 13:54

Ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur – Nazir

2 iyun, 13:50

Məktəbli formaları ilə bağlı YENİLİK

2 iyun, 13:43

Prezident İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir

2 iyun, 13:42

Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib – Yenilənib

2 iyun, 13:38

Təhsil biznes sektor ilə danışmalı, birgə əməkdaşlıq etməlidir - Aydın Talıbov

2 iyun, 13:00

Bakalavrları elmi-tədqiqatlara necə cəlb edə bilərik?

2 iyun, 12:55

Musiqi və təsviri incəsənət müəllimi olmaq istəyənlərə MİQ-də bu mövzulardan suallar düşəcək

2 iyun, 12:47

Modern tədris sistemləri qlobal inteqrasiya kontekstində: 50 ildə formalaşan təcrübə – MÜSAHİBƏ

2 iyun, 12:35

BSU və Səmərqənd Dövlət Xarici Dillər İnstitutu əməkdaşlıq edəcək

2 iyun, 12:34

Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib

2 iyun, 12:30

“Özümü nağılların içində hiss edirəm” Kitab sərgisindən REPORTAJ

2 iyun, 12:29

Sabaha olan hava proqnozu açıqlanıb

2 iyun, 12:27

Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib

2 iyun, 12:19

Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.