Bütün xəbərlər
2 iyul, 09:59

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti Strasburq Universitetində keçirilən UFAZ Rəhbər komitəsinin iclasında iştirak edib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov 26-27 iyun tarixlərində Strasburq Universitetinə (UNISTRA) səfər edib. Səfərin əsas məqsədi UFAZ-ın Rəhbər Komitəsinin növbəti iclasında iştirak etmək olub.

Səfərdə rektoru ADNSU-nun prorektoru, dosent Vazeh Əsgərov, UFAZ-ın icraçı direktoru Lətifə Nəsibova və UFAZ-ın baş katibi Martin Qodon müşayiət ediblər. İki gün davam edən proqram çərçivəsində nümayəndə heyəti Strasburq Universitetinin qabaqcıl tədqiqat institutlarına baş çəkib.

İyunun 26-da nümayəndə heyəti ICPEES, ICS və IPCMS kimi tanınmış tədqiqat mərkəzlərini ziyarət edərək materialşünaslıq, polimer kimyası, analitik kimya və nanotexnologiyalar sahəsində müasir tədqiqat infrastrukturu ilə tanış olublar. İyunun 27-də universitetin Analitik Kimya Platforması, Məlumat Mərkəzi və ISIS İnstitutu ilə tanışlıq reallaşıb.

ADNSU rektoru Rüfət Əzizov və Strasburq Universitetinin prezidenti, professor Frederik Berrodun həmsədrliyi ilə keçirilən UFAZ Rəhbər Komitəsinin iclasında hər iki tərəfdən idarə heyətinin üzvləri iştirak ediblər. İclas zamanı UFAZ-ın təhsil və tədqiqat sahəsində ikitərəfli idarəetmə modeli və mövcud layihələrinin həyata keçirilməsi müzakirə olunub.

1 /6

Şərhlər

Xəbər lenti

2 iyul, 23:09

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub

2 iyul, 23:06

Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

2 iyul, 20:08

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

2 iyul, 18:54

Xaricdə “İbtidai sinif müəllimliyi” təhsili alanların 90 faizi imtahandan keçə bilməyib

2 iyul, 18:50

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

2 iyul, 17:54

“Sertifikatlaşdırma təhsil həyatında yeni uğurlar əldə etməyə imkan yaradır” – Müəllimlərin təəssüratları

2 iyul, 17:16

"SABAH-ın məzunu 2025” tədbiri keçirilib

2 iyul, 17:15

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

2 iyul, 16:38

“Səhnəyə çıxanda özümü rahat hiss edirəm” – Ayanın uğur yolu

2 iyul, 16:10

Nazir müavini: Ölkənin gələcəyi yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.