
Bakı Mühəndislik Universiteti (BMU) “İnşaat mühəndisliyi” ixtisasının məzunu Sadiq Nurəliyev İngiltərənin Mançester Universiteti, ABŞ-nin Şarlotta Şimali Karolina və Luiziana Dövlət universitetlərindən PhD dərəcəsi üzrə qəbul alıb.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, akademik fəaliyyəti üçün ABŞ-nin Luiziana Dövlət Universitetini seçən BMU məzunu burada “İnşaat mühəndisliyi” proqramı üzrə tam təqaüdlə doktorantura təhsili alacaq, eyni zamanda “Graduate Research”də assistant vəzifəsində çalışacaq. Ona təhsili üçün illik 60 672 ABŞ dolları məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, BMU-dan ixtisas birincisi kimi məzun olan Sadiq Nurəliyev magistr təhsilini “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin “Struktur mühəndisliyi" ixtisasında davam etdirib. O, burada təhsilini 5 üzərindən 4.39 ümumi ortalama ilə bitirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər