Bütün xəbərlər
25 noyabr, 11:01

Azərbaycanda keçirilmiş COP29-un fəal iştirakçılarından biri Quba rayonunun Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin ingilis dili müəllimi Lətifə Camalova olub. 

COP29 ərəfəsində Braziliyada keçirilən “İqlim Dəyişikliyi Yay Düşərgəsi" (Climate Change Summer Camp) proqramında aktiv iştirakı ilə fərqlənən müəllim iqlim dəyişikliyi üzrə apardığı çalışmalar və qazandığı təcrübələr haqqında OCE, OCD, UNCC, UNFD, UNESCO və digər beynəlxalq iqlim təşkilatlarına müsahibələr verib. 

O, eyni zamanda COP29 çərçivəsində ABŞ Dövlət Departamentinin səfiri Mark Libbinin qatıldığı tədbirlərə, BMT-nin bir çox plenar iclaslarına dəvət alıb, UNFD, OCE və digər təşkilatlar üçün çıxışlar edib.

Gənc müəllim noyabrın 14-18-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi "Yaşıl məktəb" layihəsi çərçivəsində çinli mütəxəssislərin 5 günlük təlimində də iştirak edib.

L.Camalova təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüb:        

- Sizi daha yaxından tanımaq istərdik.

Mən - Camalova Lətifə Aydın qızı 1991-ci ildə Quba rayonunda anadan olmuşam. Müəllim ailəsində böyümüşəm. Həmin rayonun 3 nömrəli tam orta məktəbini bitirmişəm və daha sonra Azərbaycan Dillər Universitetinin Tərcümə və əlavə təhsil fakültələrininin məzunu olmuşam. Uzun illər qeyri-bank kredit təşkilatında çalışmışam və sonradan müəllimlərin işə qəbulu imtahanında iştirak edərək ucqar kənd məktəbinə müəllim təyin olunmuşam. Hazırda Alekseyevka məktəbində ingilis dilini, eləcə də sahibkarlıq fənnini tədris edirəm. Bizim məktəb "İnnovativ Azərbaycan məktəbi" layihəsi çərçivəsində İsrailin ORT məktəblər şəbəkəsi ilə birgə sahibkarlıq fənnini tədris edir. Məktəbimiz "yaşıl məktəb" seçilib və burada peşə sinifləri fəaliyyət göstərir.

 - Hansı müsabiqələrdə iştirak etmisiniz? Uğurlarınız barədə məlumat verin.

- 2023-cü ildə Elm və Təhsil Nazirliyi və ABŞ səfirliyinin birgə fəaliyyəti olan Şimali Karolina Universiteti "NCSU ELT CERTİFİCATE PROGRAM" magistr təqaüd proqramını “Şərəf” sertifikatı ilə bitirmişəm. Dissertasiya mövzumu ADA Universitetində konfrans zamanı “POSTER Prezentasiyası”nda təqdim etmişəm. Britaniya səfirliyinin OTC proqramını fərqlənmə diplomu ilə bitirmişəm. İşlədiyim müddət ərzində bir çox yerli, xarici onlayn və oflayn təlimlərdə iştirak etmiş və təltif olunmuşam. 2024-cü ildə Quba-Xaçmaz Təhsil İdarəsi ilə əməkdaşlıq edərək bir qrup rayon müəlliminə könüllü sertifikasiya təlimləri keçmişəm. Sertifikasiya imtahanında mümkün 100 baldan 98 bal toplamışam. Hazırda Gənc Xarici Dil Müəllimləri Birliyinin Quba və şimal regionu üzrə koordinatoruyam. 

- Necə oldu ki, COP29 çərçivəsində təşkil olunmuş “İqlim Dəyişikliyi Yay Düşərgəsi” proqramında iştirak etmək qərarına gəldiniz?

- COP29 kimi çox mötəbər bir tədbirin ölkəmizdə keçiriləcəyini eşitdiyim andan təşkilatçılarla hər hansı formada əməkdaşlıq etmək istəyirdim. Həmin düşərgə ilə bağlı keçirilən müsahibə nəticəsində iştirak hüququ qazandım.

- Bu sahədə hansı araşdırma və çalışmalar etmisiniz? Nə kimi təcrübələr qazanmısınız?

- Bu mənim sahəm olmasa da, tədris etdiyim fənlə sıx əlaqəlidir. Əvvəllər də şagirdlərimin diqqətini iqlim məsələlərinə cəlb etməyə çalışmışam. Lakin COP29 zamanı daha praktik biliklər əldə etdim. Düşərgədən sonra şagirdlər və müəllimlər üçün məlumatlandırıcı sessiyalar təşkil etdim. COP29 simulyasiyası, CO2 emissiyası, dəniz səviyyəsinin qalxması və istixana effekti üzrə şagirdlərimlə seminar (workshop) və təlimlər keçirdik.

- COP29 tədbirində iştiraka dəvət almağınız necə baş verdi?

- Düşərgədən sonra öyrəndiklərimizin tətbiqi ilə bağlı fəaliyyətimiz dəyərləndirildi və gördüyüm işlər əsasında Mavi Zonaya akkreditasiya hüququ qazandım.

- Plenar iclaslarda nə kimi müzakirələr oldu və hansı nəticələr əldə edildi?

- İştirakçısı olduğum plenar iclaslarda bir sıra iqlim məsələləri, onların insanlar və cəmiyyət tərəfindən qarşılanması, burada insan və təbii faktorların iştirakı müzakirə olundu. COP29 düşərgəsi ilə bağlı plenar iclasda bütün fəaliyyətimiz öz əksini tapdı. Həmçinin ABŞ pavilyonunda səfir Mark Libbi və yerli professorların iştirakı ilə şimal bölgəsində həyata keçirilməsi nəzərdə tutulan dəniz və sahilyanı ərazilərin tullantılardan təmizlənməsi layihəsi təqdim edildi.

- Bildiyimizə görə, müxtəlif təşkilatlar üçün çıxışlar etmisiniz. Çıxışlarınızın mövzusu nə idi və necə qarşılandı?

- Düşərgə zamanı bir çox tapşırıq və təcrübələrdə komanda olaraq iştirak etdik. Təlim boyunca xüsusi aktivlik göstərən iştirakçılar müxtəlif vəsaitlərlə təmin olundu, onlara beynəlxalq iqlim təşkilatları üçün müsahibə vermək şansı verildi. Həmin iştirakçılardan biri mən idim. Müsahibəm dünya iqlim təşkilatları tərəfindən Braziliya sammitində və COP29 zamanı düşərgənin fəaliyyətini əks etdirən iclasda nümayiş olundu. Bu müsahibə, əsasən, iqlim məsələlərinin təhsildə öyrədilməsi və tətbiqi ilə bağlı idi.

- Dünyanın ən vacib ekoloji tədbiri hesab edilən COP 29 barədə təəssüratlarınız necədir və gözləntiləriniz nələrdir? 

- Sonda bunu deyə bilərəm ki, COP29 düşərgəsi zamanı təbiət elmlərinə  marağımın olduğunu kəşf etdim. Bu tədbir dünya və ölkəmiz üçün çox mühüm önəm daşıyır. Belə ki, COP29 konfransı yerli və xarici təşkilatların Azərbaycana olan marağını və etibarını möhkəmləndirəcək, dünya dövlətləri üçün yeni imkanlar yaradacaq. 

Şərhlər

Xəbər lenti

24 iyun, 18:18

Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

24 iyun, 18:14

İmtahanın dördüncü günü – Kimya-biologiya müəllimlərindən yüksək nəticə

24 iyun, 17:45

Hazırlıq və məsuliyyət uğurun əsas şərtləridir” – Maksimum bal toplayan müəllim

24 iyun, 17:42

Nazir: Bizdə müəllimlik yarımştat işdir, bunu dəyişməyə çalışırıq

24 iyun, 17:41

İdarəetmənin qeyri-mərkəzləşdirilmiş formaya keçidi üçün işlər aparılır – Nazir

24 iyun, 17:28

“Sertifikatlaşdırma ailə büdcəmizə də müsbət təsir göstərəcək” – Naxçıvanda imtahandan uğurla keçənlər 

24 iyun, 17:23

“Xüsusi təhsilə yanaşma çox köhnədir” – Nazir

24 iyun, 17:23

Nazir: Məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var

24 iyun, 16:58

60 bal topladı – Region birincisi oldu

24 iyun, 16:45

“Uğur çalışana qismət olur” – İmtahanda 60 bal toplayan müəllim

24 iyun, 16:45

“İmtahanın daha çətin olacağını düşünürdüm” – Sertifikatlaşdırmadan keçənlərin təəssüratları

24 iyun, 16:41

Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik

24 iyun, 16:33

AzTU-da “Məzun günü-2025” tədbiri keçirilib

24 iyun, 16:16

Region birincisi: Müəllimlər məktəb dərsliklərini mükəmməl bilsələr, kifayət edir

24 iyun, 16:11

Kənd məktəbinin müəllimi Naxçıvan üzrə birinci oldu

24 iyun, 16:09

AzMİU-da dünya alimləri inşaatın müasir problemlərini müzakirə etdilər

24 iyun, 16:02

Uğurun sevincini yaşayanlar – sertifikasiya davam edir

24 iyun, 15:51

Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

24 iyun, 15:16

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

24 iyun, 15:04

Qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.