Bütün xəbərlər
24 iyul, 16:32

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb. Artım sentyabrın 1-dən tətbiq olunacaq. Təqaüdlərin artırılması təhsilalanların sosial rifahına, motivasiyasına necə təsir göstərəcək? 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva “Azərbaycan müəllimi”nə müsahibəsində təqaüd məbləğinin artırılmasını, xüsusilə akademik göstəricilərə əsaslanan diferensial yanaşmanın tətbiqini tələbələrin motivasiyasını gücləndirən amil kimi dəyərləndirib: 

“Bu onların təhsildə daha yüksək nəticələr əldə etməsi üçün əlavə stimul yaradır. Bu addım eyni zamanda tələbələrin sosial rifahını yaxşılaşdıraraq gündəlik xərclərinin qarşılanmasında mühüm rol oynayır. Magistr və bakalavr tələbələri üçün 200–240 manat aralığında müəyyən edilən təqaüdlər maddi yükü azaldır, 51 baldan yuxarı nəticə göstərən tələbələrin də təqaüd alması sosial ədalət və inklüzivlik prinsipini daha da möhkəmləndirir. Maddi dəstəyin gücləndirilməsi aztəminatlı ailələrdən olan gənclərin təhsildə davamlılığını təmin edərək təhsilə çıxış imkanlarını bərabərləşdirir”.

O bildirib ki, doktorant təqaüdlərinin 300 və 450 manata çatdırılması elmi araşdırmaların inkişafına, gənc alimlərin stimullaşdırılmasına mühüm töhfə verir:

“Bu artım gənc tədqiqatçıların əlavə gəlir mənbələrinə ehtiyac duymadan elmi fəaliyyətə tam fokuslanmasına şərait yaradır, elm tutumlu iqtisadiyyatın inkişafını təşviq edir və elm sahəsində kadr axınının qarşısını almaqda mühüm rol oynayır. Bu qərar “Yaradıcı və innovativ cəmiyyət” prioritetinin icrasına birbaşa xidmət edərək strateji hədəflərə uyğun elmi məhsuldarlığın yüksəlməsini təmin edir.

Yeni sərəncam “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer alan rəqabətli insan kapitalı və XXI əsr tələblərinə uyğun təhsil məqsədləri ilə birbaşa uzlaşır. Təhsilin maliyyə baxımından stimullaşdırılması bilik və bacarıqların inkişafına dəstək verərək rəqabətqabiliyyətli gənc nəslin yetişməsinə zəmin yaradır, elmi və innovativ potensialın artırılmasına şərait yaradır. Əvvəllər yalnız bir təqaüd almaq mümkün idisə, indi Prezident təqaüdü, akademik göstəriciyə əsaslanan təqaüdlər və dövlət proqramları üzrə verilən təqaüdlərin paralel şəkildə alınması üçün hüquqi baza formalaşdırılır. Bu yanaşma tələbələrin fərdi nailiyyətlərinin tanınmasını, sosial təbəqələşmənin qarşısının alınmasını və daha çevik dəstək mexanizmlərinin tətbiqini təmin edir”.

M.Vəliyevanın sözlərinə görə, gələcəkdə tələbələrin sosial təminatını gücləndirmək üçün daha çox sayda güzəştli və faizsiz təhsil kreditlərin verilməsi, regionlar və aztəminatlı ailələr üçün məqsədli təqaüd proqramlarının hazırlanması, universitet-müəssisə əməkdaşlığı vasitəsilə ödənişli təcrübə imkanlarının genişləndirilməsi, xidmət haqları daha ucuz olan yataqxanaların istifadəyə verilməsi, yaşayış dəstəyi sistemlərinin tətbiqi, rəqəmsal avadanlıq və internet paketlərinin təmin edilməsi kimi addımlar da nəzərdə tutula bilər: 

“Ömür boyu təhsil konsepsiyasına uyğun olaraq məzunlara əlavə ixtisasartırma kurslarında iştirak üçün dövlət maliyyələşməsi təmin edilə bilər. Bütün bu qərarlar yalnız maliyyə dəstəyi tədbiri deyil, həm də strateji baxışın, insan kapitalına əsaslanan inkişaf modelinin göstəricisidir. 2030-cu ilə qədər “rəqabətədavamlı insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetinə çatmaq üçün zəruri addımlardan biridir”.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.