Bütün xəbərlər
16 aprel, 14:01

Ölkə başçısı Prezident İlham Əliyevin 4 aprel 2025-ci il tarixində imzaladığı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut yaradılacaq, eyni zamanda, müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə “Azərbaycan müəllimi”nə bildirib ki, bu sərəncam Azərbaycan elminin və təhsilinin daha çevik, səmərəli və müasir tələblərə uyğun idarə olunması istiqamətində mühüm bir mərhələnin başlanğıcıdır:

“Prezident İlham Əliyevin imzaladığı son sərəncamla bəzi elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması, bəzilərinin ləğvi və ya universitetlərin tabeliyinə verilməsi nəzərdə tutulur. Bu mühüm qərar Azərbaycanda elmi idarəetmənin daha səmərəli və çağdaş tələblərə uyğun bir formaya salınmasına xidmət edir. Sərəncamın həm təhsil sisteminə, həm elmi fəaliyyətə, həm də regionlarda elmi mühitin inkişafına təsir edəcəyi gözlənilir. 

Elmi müəssisələrin bir hissəsinin dövlət universitetlərinin tabeliyinə verilməsi elmlə təhsilin qarşılıqlı əlaqəsini gücləndirəcək. Bu dəyişiklik, ilk növbədə, universitetlərdə aparılan tədris prosesinin daha praktik, daha tədqiqat yönümlü və müasir tələblərə uyğun olmasına şərait yaradacaq. Tələbələr elmi laboratoriyalara və tədqiqat qruplarına daha erkən mərhələdə qoşularaq akademik inkişaflarını zənginləşdirə biləcəklər. Universitetlərin elmi potensialı da bu dəyişikliklə güclənəcək. Yeni ixtisaslar, interdisiplinar proqramlar, magistratura və doktorantura səviyyəsində daha güclü elmi baza formalaşacaq. Bu isə uzunmüddətli baxışda ölkənin innovasiya və elmi bilik bazasının böyüməsinə zəmin yaradacaq. 

Sərəncamda bəzi elmi-istehsalat birliklərinin ləğvi və ya yenidən təşkili ilə elmi idarəetmədə təkrarçılıq aradan qalxacaq, maddi və insan resursları daha rasional istifadə olunacaq. Bu struktur islahatları Azərbaycan elmini daha çevik və nəticəyönümlü formaya salacaq. Tətbiqi elmlərə, sahə əsaslı tədqiqatlara və sənaye ilə əməkdaşlığa yönəlmiş layihələrin dəstəklənməsi asanlaşacaq. Universitetlərlə inteqrasiya nəticəsində elmi-texniki bazaya çıxış genişlənəcək, texnoparklar və startap təşəbbüsləri üçün münbit şərait yaranacaq”.

Deputat qeyd edib ki, elmi-tədqiqat institutlarının regionlardakı universitetlərin tabeliyinə verilməsi Bakı mərkəzli elmi fəaliyyətin tədricən regionlara yayılması ilə nəticələnəcək:

“Elmi-tədqiqat institutlarının regionlardakı universitetlərin tabeliyinə verilməsi həm regional universitetlərin elmi mərkəzə çevrilməsinə, həm də yerli problemlərin elmi əsaslarla öyrənilib həll olunmasına xidmət edəcək. Regionlarda kənd təsərrüfatı, ekoloji problemlər, yerli sənaye və sosial məsələlər üzrə tədqiqatlar üçün daha çox resurs və dəstək cəlb olunacaq. Bu isə elmin sosial faydasını artıracaq və yerli inkişaf strategiyalarına töhfə verəcək”.

Ş.Seyidzadə sərəncamdan irəli gələn məsələlərin alimlər üçün yaratdığı yeni perspektivlər və çağırışlardan da bəhs edib. O bildirib ki, sərəncamın tətbiqi alimlər üçün həm imkanlar, həm də müəyyən çətinliklər yarada bilər:

“Universitet mühitinə inteqrasiya olunmaq, daha geniş auditoriya ilə işləmək və tələbələrə bilik ötürmək alimlərin elmi fəaliyyətini daha canlı və dinamik edə bilər. Eyni zamanda, beynəlxalq layihələrə çıxış imkanlarının artması, qrant proqramlarına daha səmərəli qoşulmaq potensialı da bu struktur dəyişiklikləri ilə mümkündür. Lakin bu keçid dövründə adaptasiya məsələləri, strukturlaşma və funksional yeniliklər bəzi alimlər üçün əlavə təlim və dəstək tələb edə bilər.
Prezident İlham Əliyevin imzaladığı bu sərəncam Azərbaycan elminin və təhsilinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin regionlara yayılması, səmərəli idarəetmə və innovasiya yönümlü inkişaf hədəfi bu islahatların əsas mahiyyətini təşkil edir. Əgər bu proseslər strateji yanaşma ilə davam etdirilərsə, Azərbaycan elmi və təhsili yaxın illərdə beynəlxalq rəqabətə daha hazır və daha dayanıqlı bir sistemə çevrilə bilər”.

Şərhlər

Xəbər lenti

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.