Bütün xəbərlər
11 sentyabr, 12:31

“Həqiqət budur ki, məktəblərimizdə bir neçə min vakant yer var və 50 minə yaxın şəxs burada çalışmaq istəyir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

O bildirib ki, namizədlərin bir çoxu yaşadığı əraziyə yaxın yerdə çalışmaq istəyir: “Burada balı yüksək olan müəllimlər işlə təmin olunurlar. Ucqar ərazilərə, adətən, gənc müəllimlər getmək istəmirlər. Kiçik məktəbləri birləşdirməkdə də əsas məqsədimiz budur. Çünki kiçik məktəblərdə şagird sayı o qədər azdır ki, dərs saatı da, maaş da az olacaq”.

Nazir əlavə edib ki, Azərbaycanda ucqar kənd məktəblərində müəllim ehtiyacı elektron qaydada həll edilə bilər:

“Qubanın, Tovuzun ucqar kəndində maaş niyə aşağıdır. Çünki dərs azdır. Niyə azdır? Çünki məktəb balacadır. Bunlar biri-biri ilə əlaqəlidir. Biz bunları dəyişməliyik ki, müəllimin maaşı artsın. Biz bunu necə dəyişirik? Məktəbləri birləşdiririk ki, məktəb böyüsün, kimya dərslərinin sayı artsın.  Ora müəllimi 6 saata yox, 18 saat üçün göndərək. Bir yaxşı müəllim göndərək, bütün uşaqlara dərs keçsin. Ya da elektron təhsilə keçəcəyik yəqin, elektron, distant və s.”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.