Bütün xəbərlər
22 aprel, 13:08

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “VerseTech” komandası Fibonacci Beynəlxalq Robot Olimpiadasının Avrasiya mərhələsinin qalibi olub.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, komandanın “SpecDeaf” layihəsi Türkiyənin Antalya şəhərində keçirilən yarışda HealthTech Entrepreneurship Challenge kateqoriyası üzrə 1-ci yerin qalibi olaraq, İtaliyada keçiriləcək dünya finalına vəsiqə qazanıb.

Antalyada keçirilən Avrasiya mərhələsində 21 ölkədən ümumilikdə 584 komanda iştirak edib. VerseTech komandası öz kateqoriyası üzrə 35 komanda arasından birinci yerə layiq görülüb. Komandanın innovativ texnologiya, sosial təsir və sahibkarlıq yanaşması beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Komandanın təqdim etdiyi SpecDeaf layihəsi eşitmə məhdudiyyəti olan insanların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin həllinə yönəlmiş innovativ texnoloji cihazdır. Bu ağıllı cihaz istənilən eynəyin üzərinə yerləşdirilə bilir və danışılanları real vaxtda mətn formatında istifadəçinin gözləri önünə çıxarır. Cihaz çoxdilli tərcümə funksiyası və süni intellekt assistenti ilə də təchiz olunub. SpecDeaf həm gündüz, həm də gecə istifadəsi üçün uyğundur və yüngül, portativ dizayna malikdir.

1 /4

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.