Bütün xəbərlər
14 fevral, 10:10

Təhsil prosesi təkcə ailəyə deyil, eyni zamanda, cəmiyyətə də şəxsiyyət qazandırır. Bu baxımdan məktəb-valideyn münasibətləri daim qarşılıqlı əlaqə şəraitində inkişaf etməli və diqqətdə saxlanılmalıdır. Müəllim-şagird və müəllim-valideyn münasibətləri isə bütün dövrlərdə aktual mövzulardan biri olub.

Valideyn iclasları məktəb və ailə arasında effektiv ünsiyyətin qurulmasında mühüm rol oynayır. Bu görüşlər valideynlərin övladlarının təhsil prosesi, akademik göstəriciləri və sosial inkişafı haqqında məlumatlanmasına, eyni zamanda, məktəbin qarşıya qoyduğu məqsədləri və gözləntiləri aydınlaşdırmasına şərait yaradır. Müntəzəm valideyn iclasları təhsil mühitinin daha sağlam və uğurlu olmasına töhfə verir.

"Azərbaycan müəllimi" bununla bağlı övladı məktəbli olan bir neçə valideynlə həmsöhbət olub, onların valideyn iclasları ilə bağlı fikirlərini öyrənib. 

İlk müsahibimiz iki qızı ümumi təhsil alan Aynur Əliyevadır. Böyük övladı 11-ci, kiçik övladı isə 8-ci sinifdə oxuyur. Deyir ki, övladlarının təhsil aldığı məktəb-liseydə davamlı olaraq valideyn iclaslarında iştirak edir:

"İclasları bacardıqca diqqətlə dinləyirəm, çünki övladımın davranışlarını və təhsil prosesindəki vəziyyətini daha yaxşı başa düşmək istəyirəm. Bəlkə, o, fərqli bir mühitdə özünü rahat hiss etmir, ya da bəzən yoldaşları ilə aralarında məndən gizlətdiyi bir anlaşılmazlıq yaranır. Bu suallarıma cavab tapmaq və hər hansı bir problemlə qarşılaşmamaq üçün iclasları heç vaxt qaçırmıram. Rəhbərliyin və müəllimlərin hər hansı tələbi olarsa, valideynlərə çatdırılır".

Kəmalə Həsənovanın da 2 övladı məktəblidir. Ancaq o, iclasların mütəmadi olaraq keçirilməməsindən narazıdır:

"İclaslar mütləq olmalıdır, çünki onlar şagirdlərin təhsil həyatını daha da yaxşılaşdırmağa kömək edir. Bu iclaslarda uşaqların dərsə davamiyyəti, dərslərə olan maraqları, sinif daxilindəki sosial münasibətləri, həmçinin onların akademik inkişafı müzakirə edilməlidir. Eyni zamanda, şagirdlərin digər davranışları, məktəbdəki ümumi atmosfer və valideynlərlə müəllimlər arasında qarşılıqlı anlaşmanın qurulması üçün əhəmiyyətli məsələlər də gündəmə gəlməlidir. İclaslar valideynlərin övladlarının təhsilinə daha yaxından dəstək olmasına, onların güclü və zəif tərəflərini daha yaxşı anlamalarına imkan yaradır. Ümid edirəm ki, bizdə də bu cür iclaslar mütəmadi şəkildə təşkil olunacaq". 

Gülnar Əliyeva da valideyn iclaslarında davamlı iştirak edən valideynlərdəndir. O deyir ki, uşaq məktəbdə baş verən hadisəni danışarkən özünün haqlı olduğu tərəfləri söyləyir. Onun haqlı ya haqsız olması barədə tərəddüdlü qalır. Amma iclaslarda hər iki tərəfin fikrini öyrənib ümumiləşdirmə edə bilir:

"Sonuncu dəfə kiçik övladım riyaziyyat müəllimindən narazılıq etdi, yerinin dəyişdirilməsindən şikayətləndi. İclasa gedib müəllimi dinlədim. Haqq verdim. Çünki Fərid (kiçik oğlunun adı) yanındakı yoldaşı ilə söhbət edib dərsi pozurmuş. Əvvəlcə narazılıq etdiyim halla artıq razılaşdım. Digər valideyn də iclasda iştirak edirdi. Hər ikimiz də qərara gəldik ki, uşaqlar yanaşı oturmasınlar. Övladı məktəbli olan hər bir valideynin borcudur ki, iclaslarda iştirak etsin. Mən həmişə qızlardan Fuadın onları incidib-incitmədiyini, onlara qarşı yanlış hərəkət edib-etmədiyini soruşuram. Beləliklə, övladına hər iki mühitdə bələdçilik etmiş olursan. Həmçinin müəllimdən də çox şey asılıdır. Sinfi ələ almağı bacarmalı olduğunu düşünürəm".

Pərvin Rzayeva da iki övladı üçün iclaslara qatılan valideyndir. Təhsil alan qızlarının dərsləri, sinif yoldaşları ilə münasibətlərini diqqətdə saxlayır:

"Valideyn iclası övladımın həm mənfi, həm də müsbət cəhətlərini öyrənmək baxımından çox faydalıdır. Çünki uşaqlar bizdən daha çox müəllimləri və yoldaşları ilə ünsiyyətdə olurlar, onlardan bir çox xüsusiyyətləri öyrənib təqlid edirlər. Bəzən iclasın keçirilməsini gözləmədən telefonla əlaqə saxlayıb övladımın inkişafı barədə məlumat alıram".

Valideyn iclasları məktəb və ailə arasındakı əlaqənin gücləndirilməsi və övladların təhsilinə daha yaxından nəzarət edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Müsahiblərimiz övladlarının təhsil həyatına fəal şəkildə qatılaraq iclaslarda davamlı olaraq iştirak edir və hər iki tərəfin fikirlərini dinləyərək məsələləri həll etməyə çalışırlar. Onlar məktəb və ailə arasındakı əməkdaşlığın təhsilin keyfiyyətini artırdığını və uşaqların inkişafına müsbət təsir göstərdiyini vurğulayırlar. Bununla yanaşı, bəzi valideynlər məktəblərdə iclasların keçirilməməsindən narazılıqlarını bildirərək iclasların vacib olduğunu və uşaqların təhsilinə aid məsələlərin müzakirə edilməsi üçün davamlı əlaqənin əhəmiyyətini qeyd edirlər.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.