
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 9-10 iyul 2025-ci il tarixlərində təhsildə kurikulum və sillabusun əhəmiyyətinə həsr olunmuş seminar keçirilib.
Kollecdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminar ABŞ-nin Missisuri ştatının Vaşinqton Universitetinin tədqiqat professoru, sosial siyasət və sosial iş üzrə beynəlxalq mütəxəssis Aytəkin Hüseynli tərəfindən keçirilib.
Seminarın məqsədi kurikulum və sillabusların əhəmiyətini müəllim heyətinə çatdırmaq, onların strukturu haqqında məlumat vermək və onlar arasındakı fərqlər barədə müzakirə aparmaq olub. Təqdimat zamanı Dr. Aytəkin Hüseynli kurikulumun təhsil proqramlarının həyata keçirilməsində əhəmiyyətindən, milli təhsil standartları və onlardan irəli gələn akademik nəticələr barədə danışıb.
Sillabusun hazırlanmasında nəzərə alınması vacib olan əsas amillərdən - fənnin tədrisinin məqsədi, tədris olunacaq mövzuların həftəlik planlaması, qiymətləndirmə metodları və istifadə ediləcək resurslar barədə ətraflı məlumat təqdim olunub. Vaşinqton Universitetində tədris edilən fənn üzrə işlənmiş nümunə sillabus interaktiv müzakirə ilə müşayiət olunub.
Həmçinin müəllimlər tərəfindən ünvanlanan suallar cavablandırılıb və müəllimlərin planlaşdırma, qiymətləndirmə və pedaqoji metodlarların tətbiq edilməsi təcrübələri nəzərdən keçirilib.
Seminarın sonunda bu tipli praktik seminarların vacibliyi vurğulanıb və onların müəllim heyətinə verə biləcəyi töhfələr diqqətə çatdırılıb.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər