
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı" layihəsinin açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, açılış mərasimi Xocavənd rayonunun Qaradağlı kənd tam orta məktəbində təşkil olunub. Tədbirdə rayon icra hakimiyyəti və təhsil sektorunun əməkdaşları, məktəb direktorları iştirak ediblər.
Layihə çərçivəsində 60 şagird üçün gil qablarının hazırlanması, tikiş, muncuq hörmə texnikası və ebru sənəti üzrə 7 master-klas keçiriləcək. Layihənin sonunda isə "İncəsənət otağı" klubu yaradılacaq.
Xatırladaq ki, “İncəsənət otağı” layihəsi Xocavənd rayon 4 nömrəli tam orta məktəbin müəllimi Ləman Cəfərova tərəfindən icra edilir. Layihənin əsas məqsədi təhsilalanların vizual bacarığının inkişaf etdirilməsi, müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyən şagirdlərin fərqli peşə sahələri öyrənmələrinə, gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirəcək uşaqların praktiki bacarıqlarının inkişafına dəstək olmaqdır.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər