Bütün xəbərlər
17 aprel, 12:03

Geologiya və Geofizika İnstitutunda “Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə metodları” mövzusunda Elmi seminar keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə institutdan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik Akif Əlizadə bərpa olunan enerji mənbələrindən istifadə problemlərinin həllində ölkə alimlərinin çalışmalarını və bu sahədə AMEA-nın müxbir üzvü Rauf Qardaşovun və kiçik elmi işçi Emin Qardaşovun (ETN Goğrafiya İnstitutu, Geologiya və Geofizika İnstitutu) səylərini vurğulayıb.

Məruzə üçün söz alan Rauf Qardaşov bildirib ki, bərpa olunan enerji mənbələrindən (BOEM) istifadə qlobal bir çağırışdır, Azərbaycan Respublikasında da “yaşıl enerji”yə keçid məqsədilə Dövlət Proqramları qəbul edilib və uğurla həyata keçirilir. Günəş və külək enerjisinin təbii və texniki potensialının qiymətləndirilməsi istiqamətində son 10 ildə aparılmış tədqiqatlar əsasında mühüm nəticələr əldə edilib. Belə ki, Günəş panellərinin ani, günlük, aylıq, mövsümlük, yarımillik, illik istifadə üçün optimal istiqamətini təyin edən metod işlənilib. Bu metod mürəkkəb topoqrafiyaya malik və təmiz enerji istifadəsinin xüsusi önəm kəsb etdiyi yüksək turizm potensialına malik dağlıq ərazilərdə, o cümlədən işğaldan azad edilmiş Qarabağ bölgəsində Günəş panelinin optimal istiqamətini təyin etmək üçün tətbiq edilə bilər. Metodun adekvatlığı Zaqatalanın dağlıq turizm bölgəsində aparılan bir sıra eksperimentlərlə yoxlanııb. Həmçinin baxılan coğrafi bölgənin “külək gücü” potensialının qiymətləndirilməsinin və külək turbinlərinin “Tutum əmsalı”nın (Capacity Factor CF) təyininin analitik metodu işlənilib. Eləcə də avtomobil yollarının Günəş enerji potensialının hesablanması metodu hazırlanıb.

Rauf Qaraşov vurğulayıb ki, Füzuli–Şuşa “Zəfər yolu"nun Günəş enerjisi potensialı illik orta 3320 GVt·saat, günlük orta isə 9097 MVt·saat təşkil edir. “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yolunun Günəş enerjisi potensialı illik orta 4404 GVt·saat, günlük orta isə 12067 MVt·saat olmaqla PV çıxışı 1810 MVt·saat-dır. Bu, bir gündə orta hesabla akkumulyator tutumu 30 kVt·saat olan 60330 elektromobili elektrik enerjisi ilə təmin edə bilər.

Məruzəçi daha sonra inkişaf etmiş bir sıra ölkələrdə bərpa olunan enerji mənbələrindən qabaqcıl istifadə metodlarından nümunələr gətirib və bu sahədə Azərbaycanın potensial imkanlarının tətbiqi ilə bağlı Dövlət başçısının göstərişlərini ehtiva edən sənədləri xatırladıb. Daha sonra o, alim həmkarlarının çoxsaylı  suallarını cavablandırıb. Həmçinin maraqlı keçən tədbirdə çıxışlar olub, təkliflər səsləndirilib.

Elmi seminarın aparıcısı akademik Akif Əlizadə tədbirin səmərəli keçdiyini vurğulamaqla yanaşı təklif edib ki, məruzəçi ideyalarını və elmi nəticə verəcək təcrübi işlərini reallaşdırmaq sahəsində fəallığını artırmalıdır. Geologiya və Geofizika İnstitutu isə öz növbəsində ideya və təkliflərin reallaşmasında dəstəyini əsirgəməyəcək.

1 /4

Şərhlər

Xəbər lenti

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Narkomanlığın profilaktikası məqsədilə məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.