Bütün xəbərlər
4 iyul, 16:00

“Müasir dünyada əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsi ölkədə strateji idarəçilik mədəniyyətinin formalaşmasına, intellektual kapitalın önə çəkilməsinə və bacarıqlı kadrların inkişafına geniş imkanlar yaradır: “Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, həm də Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir”.

Ombudsman qeyd edib ki, ölkəmizdə qanunun aliliyinə və ədalətə söykənən qanunvericilik bazası təkmilləşdirilir. Prezidentin sərəncamı ilə cari ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu məqsədlərə xidmət edir.

Səbinə Əliyeva bildirib ki, Azərbaycanın 2030-cu ilədək milli prioritetlərindən biri rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasıdır:
“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan bu məqsəd müasir biliklərin və rəqəmsal bacarıqların artırılmasını tələb edir”.

Ombudsman həmçinin “Yüksəliş” müsabiqəsi qaliblərinin idarəetmə bacarıqlarının inkişafı və həssas qrupların hüquqlarının müdafiəsi sahəsində praktiki təşəbbüslərdə iştirakı üçün şərait yaradıldığını qeyd edib.

Şərhlər

Xəbər lenti

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

4 iyul, 18:04

5 il ərzində bütün imtahanlar elektronlaşdırılacaq – Məleykə Abbaszadə

4 iyul, 18:04

Növbəti tədris ilində yenilənmiş iki fənn kurikulumu tətbiq olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.