· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

ADU-da unudulmaz bir gün yaşandı

İyulun 4-də Azərbaycan Dillər Universitetində məzunların buraxılış gecəsi keçirildi. Tədbirin aparıcıları hamımıza əziz olan tələbəlik illəri ilə bağlı şirin xatirələri, o gözəl günləri bir daha yada saldılar. Onlar yüksək təhsil almalarında  əməyi olan professor-müəllim heyətinə  minnətdarlıq etdilər.

 

Sonra ali təhsil ocağının tədris işləri üzrə prorektoru, dosent Natiq Yusifov bütün məzunları  təbrik edərək onlara universitet rəhbərliyinin ən xoş arzularını çatdırdı. Bildirdi  ki, bu il universitetin bakalavr pilləsini 984, magistratura pilləsini 134 gənc başa vurub. Son illər ölkəmizin ali təhsil sahəsində mühüm dəyişiklikərin getdiyini qeyd edən Natiq  müəllim konkret olaraq Azərbaycan Dillər Universitetində tətbiq olunan yeniliklərdən, həyata keçirilən tədbirlərdən söz açdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə elmin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğısını xüsusi vurğulayan prorektor,  bu qayğıya  cavab olaraq professor-müəllim heyəti,  tələbələr qarşısında duran mühüm vəzifələrə toxundu.

Tədbirin aparıcıları tərəfindən səhnəyə universitetin bakalavr və magistratura  pillələrini əla qiymətlərlə bitirən gənclər dəvət olundular. Əlaçı tələbələrə fərqlənmə diplomları təqdim edildi.

Məzunlar adından çıxış edən Şahin İsmayılov onların üzərində əməyi  olan professor-müəllim heyətinə, həmçinin yüksək təhsil almaları üçün yaradılan hər cür imkan və  şəraitə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirdi. Valideyn Elçin Hüseynov çıxışında  bütün valideynlər adından məzunları təbrik etdi.

Bir-birindən gözəl çıxışlarla müşayiət olunan gecənin ən maraqlı məqamı universitetin 2 nömrəli ingilis dili fakültəsinin məzunu çiçək Bədəlovanın 1 nömrəli  ingilis dili fakültəsinin 108-ci qrup tələbəsi Lamiyə Bağırovaya simvolik bilik açarını təqdim etməsi oldu.

 

Samirə KƏRİMOVA,

foto Fazil İDRİSOĞLUNUNDUR