· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ən yeni məktəblərimiz

Əzizbəyov rayonunun Yeni Qala qəsəbəsindəki 323 nömrəli orta məktəb ötən ilin sentyabrında istifadəyə verilib. Bu təhsil müəssisəsini Amerika Birləşmiş Ştatları hökuməti öz vəsaiti hesabına tikərək qəsəbə sakinlərinə hədiyyə etmişdir. Layihə ABŞ səfirliyinin Hərbi əməkdaşlıq şöbəsi tərəfindən həyata keçirilib. 3 korpusdan ibarət 700 şagird yerlik məktəb birmərtəbəlidir.

Təhsil ocağında 24 sinif otağı, fənn kabinetləri, kompüter zalı, kitabxana, laboratoriyalar, yeməkxana, yüksək səviyyədə qurulmuş istilik sistemi vardır.

Pedaqoji kollektiv şagird və valideynlərin köməyi ilə məktəbin giriş hissəsində və dəhlizdə tərtibat işləri aparıb. Həyətyanı sahə abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilmişdir.

 

Fazil İDRİSOĞLU

foto müəllifindir