· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Kollegiya qərarının icrası barədə

04 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasında "2006-2007-ci dərs ilində ümumtəhsil məktəblərinin XI siniflərini əla qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti haqqında" məsələ müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, 2006-2007-ci dərs ilində respublikanın ümumtəhsil orta məktəblərini bitirmiş 112853 nəfərdən 64602-si (57,24%) ali məktəblərə sənəd vermişdir. Onlardan 3058-i (məzunların sayından 2,71%; abituriyentlərin sayından 4,73%) orta təhsilini əla qiymətlərlə başa vurmuşdur. Əlaçıların 236-sı (abituriyentlərin sayından 0,36%; əlaçıların sayından 7,71%) məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

Əlaçı abituriyentlərin cəmi 1754-ü (59,60%) ali məktəblərə qəbul olunmuşdur. Əlaçılarının hamısı (715 nəfər) ali məktəblərə qəbul olunan məktəblərin sayı respublika üzrə 377 təşkil etmişdir. Bakı, Gəncə, Mingəçevir şəhərləri, Abşeron, Goranboy, Lənkəran, Göyçay, Tovuz, Neftçala, Bərdə, Şəmkir və Xızı rayonlarının məktəblərinin, eləcə də nazirlik tabeliyində olan "Zəngi" liseyinin, Bakı Avropa Liseyinin əlaçı məzunları ali məktəbə qəbul imtahanlarında xüsusilə fərqlənmişlər.

Müəyyən edilmişdir ki, Bakı şəhəri 160, 134 nömrəli məktəblərinin hər birinin 11, Bakı şəhəri 102, Lənkəran şəhər 4 nömrəli məktəblərin hər birinin 10, Bakı şəhəri 115 nömrəli məktəbin 9, 276 nömrəli məktəbin 8, Mingəçevir şəhər təbiət-riyaziyyat və humanitar fənlər təmayüllü liseyin, Şirvan şəhər 20, Goranboy şəhər 1 nömrəli məktəblərin hər birinin 7, Bakı şəhər 18, 246, Şirvan şəhər 16 nömrəli məktəblərin hər birinin 6, Bakı şəhər 10, 275, 299, Mingəçevir şəhər 12, Abşeron rayonu Ceyranbatan qəsəbə 1, Göyçay rayonu Ləkçıplaq kənd 1 nömrəli, Lənkəran şəhər xarici dil təmayüllü internat, Neftçala şəhər 4 nömrəli, Qəbələ rayonu Mirzəbəyli kənd, Şəmkir rayonu Düyərli kənd 2 nömrəli orta məktəblərinin hər birinin 5 əlaçısının hamısı ali məktəbə qəbul olunmuşdur.

Qəbul imtahanlarında respublikanın ümumtəhsil məktəblərinin əlaçı məzunlarının 1085-i (36,87%) 300-500, 733-ü (24,91%) 500-700 intervalında bal toplamışdır. Təhlil göstərmişdir ki, 500-700 bal toplayanlar Bakı şəhəri üzrə 58,82 (459-dan 270-i), Gəncə şəhəri üzrə 40,74 (54-dən 22-si), Mingəçevir şəhəri üzrə 58,70 (46-dan 27-si), Şirvan şəhəri üzrə 48,15 (27-dən 13-ü), Ucar rayonu üzrə 41,18 (34-dən 14-ü), Şəki rayonu üzrə 40,54 (37-dən 15-i), İsmayıllı rayonu üzrə 38,24 (34-dən 13-ü), Qax rayonu üzrə 36,00 (25-dən 9-u), Laçın rayonu üzrə 31,82 (22-dən 7-si), Kəlbəcər rayonu üzrə 31,82 (22-dən 7-si), Qusar rayonu üzrə 30,00 (10-dan 3-ü), Neftçala rayonu üzrə 28,95 (38-dən 11-i), Qubadlı rayonu üzrə 28,57 (7-dən 2-si), Abşeron rayonu üzrə 28,57 (49-dan 14-ü), Qazax rayonu üzrə 26,47 faiz (34-dən 9-u) təşkil etmişdir. Nazirlik tabeliyində olan "Zəngi" liseyinin, fizika-riyaziyyat və informatika təmayüllü liseyin 100, Bakı Avropa Liseyinin əlaçılarının 60 faizi 500-700 intervalında bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar. 600-dən çox bal toplayanlar Bakı şəhəri üzrə 28,76, Gəncə şəhəri üzrə 20,37, Mingəçevir şəhəri üzrə 19,56, Şirvan şəhəri üzrə 25,93, Şəki rayonu üzrə 27,03, Ucar rayonu üzrə 26,47, İsmayıllı rayonu üzrə 17,65, Qubadlı rayonu üzrə 14,29, Dəvəçi rayonu üzrə 12,50, Salyan rayonu üzrə 11,54, Saatlı rayonu üzrə 11,11, Tovuz rayonu üzrə 10,71, Qusar rayonu üzrə 10,00 faiz olmuşdur. Nazirlik tabeliyindəki fizika-riyaziyyat və informatika təmayüllü liseyin əlaçılarının 100,00, respublika incəsənət gimnaziyasının 100,00, Bakı Avropa Liseyinin 60,00, "Zəngi" liseyinin məzunlarının 37,50 faizi 600-dən çox bal toplamışdır.

Qeyd olunmalıdır ki, bir sıra şəhər və rayonlarda məktəbi fərqlənmə attestatı və əla qiymətlərlə bitirənlərin sayının xeyli az olması ciddi narahatlıq doğurur. Ən çox əlaçı abituriyenti olan rayonlardan Goranboyda onların faizi 7,51, Zaqatalada 7,41, Qəbələdə 6,73, Lerikdə 5,98, Biləsuvarda 5,25 və Göyçayda 5,23 təşkil etmişdir. Abituriyentlərin sayından əlaçılar Mingəçevirdə 3,27, Şirvanda 2,87, Zəngilanda 1,99, Naftalanda 1,76, Bakıda 1,70, Gəncədə 1,66, Şəkidə 1,62, Zərdabda 1,58, Qubada 1,52, Qubadlıda 1,51, Xocavənddə 1,49, Yardımlıda 1,48, Dəvəçidə 1,44, Şuşada 1,42, Qobustanda 1,10, Beyləqanda 0,97, Saatlıda 0,89, Qusarda 0,70, Hacıqabulda 0,21, İmişlidə 0,08, Sumqayıtda 0,02  faiz olmuşdur. Təəssüf doğuran haldır ki, nazirlik tabeliyində fəaliyyət göstərən "Zəngi" liseyində 6,20, fizika-riyaziyyat və informatika təmayüllü liseydə 1,26, respublika incəsənət gimnaziyasında abituriyentlərin cəmi 0,67 faizi məktəbi əla qiymətlərlə bitirmişdir. "Ankara məktəbi" məktəb-liseyi, İ.Hacıyev adına "Tərəqqi" liseyi, T.İsmayılov adına "İntellekt" liseyi, respublika kimya-biologiya təmayüllü lisey, İ.Əfəndiyev adına Elitar gimnaziya, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası, A.S.Makarenko adına humanitar fənlər gimnaziyasından bir nəfər belə əlaçı məzunun olmaması onların lisey, gimnaziya statusuna ciddi xələl gətirir.

Qəbul imtahanlarında əlaçı məzunların 228-nin (7,75%) 0-100, 397-sinin (13,49%) 100-200, 500-nün (16,99%) 200-300 bal toplaması həmin şagirdlərin oxuduqları məktəblərdə bilik və bacarıqlarının düzgün qiymətləndirilməməsi, onlara bir çox hallarda şişirdilmiş qiymətlərin verilməsi ilə bilavasitə əlaqədardır.

0-100 bal toplayanlar Daşkəsəndə 42,86, Beyləqanda 41,67, Şuşada 33,33, Dəvəçi və Qobustanda  25,00, Naftalanda 5,56, Bakıda 1,74, 100-200 bal toplayanlar Xocavənddə 50,00, Tərtərdə 38,10, Beyləqan və Şuşada 33,33, Zərdabda 30,00, Gədəbəydə 29,55, Kəlbəcərdə 27,27, Kürdəmirdə 25,76, Ağdamda 25,53, Ağcabədidə 24,64,  Lerikdə 24,44, Naftalanda 21,05, Gəncədə 7,41, Bakıda 0,87 faiz təşkil etmişdir.

Acınacaqlı haldır ki, Bakı şəhər 20, 149, 69, 253 nömrəli, Ağcabədi rayonu "Araz", Hindarx, Kürdlər, Muğanlı, Nizami adına Avşar, Şənlik, Şərəfxanlı kənd, Ağdam şəhər 2 və 8 nömrəli, Ağdaş rayonu Yuxarı Ləki, Astara şəhər 3 və Səncərədi kənd, Bərdə rayonu Lənbəran, Şirvanlı, Xəsili, Yeni Daşkənd, Beyləqan rayonu Bolsulu, I Aşıqlı kənd, Biləsuvar şəhər 2 nömrəli, Cəbrayıl rayonu 19 nömrəli, Abazallı kənd, Cəlilabad rayonu Kövüzbulaq kənd 1 nömrəli, Məlikqasımlı, Sabirabad kənd 1 nömrəli, şəhər 7 nömrəli, Şorbaçı, Şükürlü kənd, Daşkəsən şəhər 2 nömrəli, Dəvəçi şəhər 4 nömrəli, Gədəbəy rayonu Düzrəsullu və Slavyanka kənd, Goranboy rayonu Safıkürd, Tapqaraqoyunlu, Zeyvə kənd, Göyçay rayonu çərəkə kənd 1 nömrəli, şəhər 1 nömrəli, Kürdəmir rayonu Axtaçı kənd, Laçın rayonu 33 nömrəli, Alxaslı, Dambulaq kənd, Lənkəran rayonu Yuxarı Nüvədi, Lerik rayonu Züvüc kənd, Masallı rayonu Digah, Kosakül kənd, şəhər 3 nömrəli, Qəbələ şəhər 2 nömrəli, Sabirabad rayonu Axısxa, Bulaqlı, Qaraqaşlı, Quruzma, Surra kənd, Salyan rayonu Piratman Gəncəli kənd, Şamaxı rayonu Kələxana kənd, Şəmkir rayonu çənlibel kənd 1 nömrəli, Tərtər şəhər 5 nömrəli, Tovuz rayonu Qovlar qəsəbə internat, Xaçmaz rayonu Müqtədir qəsəbə, Zaqatala rayonu Əliabad qəsəbə 2 və 4 nömrəli, Muxax kənd 1 nömrəli, şəhər 1 nömrəli, internat, Tala kənd 3 nömrəli məktəblərin hər birindən 1, Ağdam rayonu I Sarıcalı, Bərdə rayonu Əyricə kənd və internat, Cəlilabad rayonu Alar kənd 2 nömrəli, Goranboy rayonu Qaşaltı Qaraqoyunlu və  Masallı rayonu Qodman kənd məktəblərinin hər birindən 2 nəfər hətta 0-50 bal toplamışdır.

Təhlil göstərir ki, Naftalan şəhəri, İmişli, Qobustan, Xızı, Astara, Daşkəsən, Lerik, Şamaxı, Samux, Tərtər, Göygöl, Zərdab, Füzuli, Şuşa, Xocavənd, Zəngilan və sair rayonlarda əlaçı məzunlardan 500-700, eləcə də 600-dən çox bal toplayan olmamışdır.

Əlaçı məzunlardan 1189 (40,40%) nəfəri ali məktəblərə qəbul ola bilməmişdir. Onlardan 225-nin imtahanlarda  0-100 (18,92%), 391-nin 100-200 (32,88%), 358-nin 200-300 (30,11%)  bal toplaması həmin məzunların təhsil aldıqları məktəblərdə təlim keyfiyyətinin aşağı olması, şagird biliyinin qiymətləndirilməsində ciddi nöqsan və çatışmazlıqların mövcud olmasının nəticəsi kimi qiymətləndirilməlidir.

Bakı şəhər 3 nömrəli məktəbin 40,00% (10-dan 4-ü), 69 nömrəli məktəbin 60,00% (5-dən 3-ü), 253 nömrəli məktəbin 60,00% (10-dan 6-sı), 109 və 242 nömrəli məktəblərin hər birinin 66,67% (3-dən 2-si), Naftalan şəhər 1 nömrəli məktəbin 76,47% (17-dən 13-ü), Goranboy rayonu Safıkürd kənd orta məktəbinin 90,91% (11 əlaçıdan 10-u), Ağsu şəhər 3 nömrəli və Cəlilabad rayonu Alar kənd 2 nömrəli məktəblərin hər birinin 85,71% (7 əlaçıdan 6-sı), Kürdəmir şəhər 5 nömrəli, Lənkəran rayonu Yuxarı Nüvədi və Tərtər rayonu Sarov kənd məktəblərinin hər birinin 83,33% (6 əlaçıdan 5-i), Ağcabədi şəhər 2 nömrəli, Gədəbəy şəhər 2 nömrəli, Masallı rayonu Xırmandalı, Qazax rayonu Ağköynək, Cəlilabad  rayonu Alar kənd 1 nömrəli, İsmayıllı rayonu Diyallı, Lerik rayonu Monidigah və Züvüc, Masallı rayonu Xıl və Samux rayonu Yuxarı Ağasıbəyli kənd məktəblərinin hər birinin 80,00% (5 əlaçıdan 4-ü) əlaçısı xeyli aşağı bal topladıqları üçün ali məktəblərə qəbul oluna bilməmişdır.

Bakı şəhər 172 nömrəli məktəbin 2, Göyçay rayonu çərəkə kənd 1 nömrəli və Hacalıkənd kənd orta məktəblərinin hər birinin 8, Cəlilabad rayonu Abazallı kənd, Tərtər rayonu şəhər 2 nömrəli, Zaqatala rayonu Əliabad qəsəbə 4 nömrəli orta məktəblərinin hər birinin 5, Ağcabədi rayonu Hindarx və Kəbirli, Beyləqan rayonu I Aşıqlı və Yuxarı Kəbirli, Füzuli rayonu Mahmudlu kənd 2 nömrəli, Sabirabad rayonu Cəngən kənd, Tərtər rayonu Dəmirçilər kənd və Zaqatala rayonu Bazar kənd orta məktəblərinin hər birinin 4 əlaçısından heç birinin ali məktəbə qəbul olunmaması isə həmin məktəblərin rəhbər heyəti və müəllimlərinin təlim-tərbiyə prosesinə laqeyd və yarıtmaz münasibətinin nəticəsi kimi qiymətləndirilməlidir.

13 kənd rayonunun (Ağcabədi, Ağdam, Biləsuvar, Cəlilabad, Füzuli, Masallı, Neftçala, Şəmkir, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Zaqatala) 35 ümumtəhsil orta məktəbini fərqlənmə attestatı ilə bitirmiş 44 məzundan yalnız 31-i ali məktəblərə qəbul olunmuş və fərqlənmə attestatını doğrulda bilmişdir.

Fərqlənmə attestatı alanlardan Ağcabədi şəhər 3 nömrəli orta məktəbindən Gülnar Həsənova 86,250, Neftçala şəhər 3 nömrəli orta məktəbindən Səbinə Məmmədova 135,250, Cəlilabad şəhər 8 nömrəli orta məktəbindən Ayçin Əliyeva 158,750, Zaqatala rayonu Tala kənd 1 nömrəli orta məktəbindən Mina Aslanova 186,250, Füzuli rayonu Horadiz qəsəbə 1 nömrəli orta məktəbindən Ayşən Abdinli 199,000, Xaçmaz şəhər 3 nömrəli orta məktəbindən Lalə Orucova 235,250, Tovuz rayonu Düz Qırıxlı kənd 1 nömrəli orta məktəbindən Fuad Həsənov 261,000, Cəlilabad şəhər 8 nömrəli orta məktəbindən Məryam Sultanova 262,750, Biləsuvar şəhər 4 nömrəli orta məktəbindən Rəvanə Qəhrəmanova 279,500, Ağdam şəhər 30 nömrəli orta məktəbindən İlahə Qasımlı 281,750 bal toplamışdır ki, bu da həmin şagirdlərə fərqlənmə attestatının qeyri-obyektiv və formal verilməsinə əyani sübutdur.

Kollegiya qərarının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2006-2007-ci dərs ilində ümumtəhsil məktəblərinin XI siniflərini əla qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti barədə Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələrinin müdirləri A.Muradov və A.Əhmədovun məlumatları nəzərə alınsın.

2. Rayon və şəhərlərdə orta məktəbi fərqlənmə attestatı və əla qiymətlərlə bitirənlərin sayının xeyli az olması narahatlıq doğuran vəziyyət kimi qeyd edilsin və bu hal yerli təhsil orqanlarının, məktəb rəhbərləri və fənn müəllimlərinin zəif təşkilatçılıq və pedaqoji fəaliyyətinin nəticəsi kimi qiymətləndirilsin.

3. Baki Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

3.1. Əmri müvafiq olaraq təhsil şuraları və pedaqoji şura iclaslarında geniş müzakirə edib mövcud vəziyyətin yaxşılaşdırılmasını, aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edən strateji xarakterli Fəaliyyət Planı müəyyənləşdirsinlər və icrasına ciddi nəzarəti təmin etsinlər.

3.2. Əlaçı məzunları qəbul imtahanlarında zəif nəticə göstərmiş məktəb rəhbərlərinin vəzifələrində qalıb-qalmamaları məsələsini obyektiv mövqedən əsaslandırmaqla həll etsinlər və nəticə barədə 1 ay müddətinə nazirliyə yazılı məlumat göndərsinlər.

3.3. Fənn müəllimlərinin, xüsusilə də yuxarı siniflərdə dərs aparan müəllimlərin tərkibini təhlil etsinlər, vəzifəsinin öhdəsindən gələ bilməyən, elmi-nəzəri səviyyə və peşəkarlıq cəhətdən müasir tələbləri ödəməyən, habelə qəbul imtahanlarının nəticələri baxımından şagirdlərə şişirdilmiş qiymətlər yazması təsdiq edilən müəllimlər barədə təsirli tədbirlər görsünlər.

3.4. Məktəblərdə şagirdlərin təlim nailiyyətlərinin obyektiv qiymətləndirilməsini ciddi nəzarətə götürsünlər, çalışqanlığı və irəliləyişləri ilə seçilən şagirdlər hesabına əlaçıların sayının artması üçün zəruri təşkilati-pedaqoji işlər həyata keçirsinlər.

3.5. İstedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin vaxtında aşkara çıxarılması, onları xüsusi nəzarətə almaqla potensial imkanlarının getdikcə inkişaf etdirilməsi istiqamətində əməli tədbirləri gücləndirsinlər.

3.6. Dərs ili ərzində X-XI sinif şagirdlərinin imtahan fənləri üzrə təlim keyfiyyətinin monitorinqini aparıb nəticələri təhlil və müzakirə etsinlər, bunların əsasında məktəblərdə müvafiq tədbirlərin yerinə yetirilməsinə nail olsunlar.

3.7. Qeyd olunmuş məsələlərlə bağlı görülmüş işlər barədə 2008-ci ilin dekabrında və 2009-cu ilin aprelində nazirliyə yazılı hesabat təqdim etsinlər.

4. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov):

4.1. Bu əmrlə verilmiş tapşırıqların yerlərdə icra vəziyyətini müntəzəm nəzarətdə saxlasınlar, müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsində rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) əməli kömək etsinlər.

4.2. Seçmə yolla əlaçı şagirdləri qəbul imtahanlarında zəif nəticə göstərmiş məktəblərdə təlim-tərbiyə işlərinin vəziyyətini 2008-2009-cu dərs ili ərzində araşdırıb müvafiq təkliflər hazırlasınlar.

4.3. Bir ay müddətinə məzunlara fərqlənmə şəhadətnaməsi və attestatı verilməsi barədə yeni qaydaların layihəsini hazırlayıb rəhbərliyə təqdim etsinlər.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzeti və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

6. ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və nazirliyin tabeliyində olan təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

7 iyul 2008-ci il

 

 

 

 

 

 Arif Məlikovun 75 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Arif Məlikovun 75 illik yubileyinin keçirilməsi haqqında" 2008-ci il 24 iyun tarixli 2894 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlər göstərən görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikovun 75 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

7 iyul 2008-ci il