· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Küveytin "Kuwait Times" qəzetində "Heydər Əliyev Fondu beş illiyini qeyd edir" adlı məqalə dərc olunub

 

Azərbaycanın Küveytdəki səfirliyi bu ölkədə və körfəz regionunda ingilis dilində dərc olunan "Kuwait Times" qəzetində "Heydər Əliyev Fondu beş illiyini qeyd edir" adlı məqalə dərc etdirmişdir.

Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik dövlət quruculuğundakı müstəsna xidmətlərindən, ulu öndərin zəngin irsinə sadiq qalan Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondunun fəaliyyətindən geniş söz açılır. Oxuculara Fondun Heydər Əliyev irsinin əbədiləşdirilməsi, Azərbaycanın inkişafı ilə bağlı ulu öndərin ideyalarının həyata keçirilməsindəki xidmətləri, təhsil, səhiyyə, mədəniyyət, ekologiya və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilir.

Fondun "Yeni Azərbaycana yeni məktəb", "Talassemiyasız həyat", "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri, bu layihələrin gələcək nəsillərin savadlılığı və sağlamlığı kimi xeyirxah amallara xidmət etdiyi, təhsil sahəsində fəaliyyətinin Azərbaycan ilə məhdudlaşmadığı, Pakistanın Müzəffərabad şəhərində zəlzələ nəticəsində dağılmış məktəbi yenidən tikməsi və YUNESKO ilə birgə həyata keçirdiyi digər layihələri yazıda xüsusi qeyd olunmuşdur.

Məqalədə sivilizasiyalararası dialoqda qadınların rolunun gücləndirilməsi, mədəni müxtəliflik və dözümlülüyün möhkəmləndirilməsi istiqamətində Fondun gördüyü işlər və təşkil etdiyi mötəbər tədbirlər, Strasburq kilsəsinin şüşəbəndlərinin təmiri üçün Fond tərəfindən maliyyə vəsaitinin ayrıldığı da yer almışdır.